Layihə rəhbəri

  • JS Group
  • Elanın qoyulma tarixi: 07.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə üzrə öhdəliklər:

  • Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi,
  • Layihə üzrə şirkəti təmsiletmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət qurumları ilə olan münasibətlərin tənzimlənməsi,
  • Layihə üçün lazımı işçi qüvvəsi, avadanlıq və mal – materialların müəyyən edilməsi,
  • Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi,
  • Layihənin icrası prosesində yaranmış hər hansısa bir dəyişiklik və ya problemlə bağlı memar və sifarişçi arasında düzgün koordinasiyanın qurulması və mövcud problemin həlli,
  • Ehtiyac olarsa, sahədə işin keyfiyyətlə yerinə yetirilməsi üçün tələb olunan çertyoj və sxemlərin düzgün işlənməsinə nəzarət edilməsi,
  • Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərin müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsinə nəzarət edilməsi,
  • Tikintidə təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi,
  • Layihənin cari vəziyyəti haqqında hesabatların və layihə barəsində məlumatların bütün maraqlı tərəflərə bərabər səviyyədə paylaşılması və layihənin düzgün formada irəliləməsinin təmin edilməsi,
  • Heyətin vəzifə bölgüsü və komandanın idarə edilməsi,
  • Layihə ilə bağlı gündəlik hesabatların rəhbərliyə təqdim edilməsi. 

Vəzifəyə tələblər:

  • İnşaat Mühəndisliyi (sənaye və mülki tikinti) ixtisası üzrə ali təhsil,
  • Sənaye və mülki binaların tikintisində müvafiq vəzifə üzrə minimum 5 il iş təcrübəsi,
  • Rus və ingilis dilini yaxşı səviyyədə bilməli,
  • Punktuallıq və məsuliyyət,
  • İşgüzar ünsiyyət və yüksək davranış keyfiyyətlərinə sahib olmalı,
  • Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı,
  • Ezamiyyətlərə getməyə hazır olmalı,
  • Microsoft Office, Auto Cad, 3D və s. proqramlarında işləmək bacarığı.

İş şəraiti və təminat:

  • İş rejimi: 6 günlük,
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz CV-lərini elektron poçtuna göndərə bilər.Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

Email: [email protected]