İşin təsviri
Kvalifikasiya üzrə tələblər:
- Ali Texniki təhsilli;
- Texniki sahədə ən azı 3 il profesional iş təcrübəsi olmalıdır;
- Rəhbərlik üzrə ən azı 1 il əmək stajına malik olmalıdır;
- Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksən Texnologiyalar haqqında qanunvericiliyinin əsaslarını mükəmməl bilməlidir;
- Tekekommunikasiya avadanlıqlarının işləmə prinsiplərini və texnologiyalarını bilməlidir;
- Azərbaycan dilini mükəmməl bilməlidır, əlavə olaraq (rus, ingilis və s.) digər dilləri bilməsi arzuolunandır;
- İnkişaf olunmuş liderlik, təşkilatçılıq, təqdimat bacarıqlara malik olmalıdır;
- Xətt şəbəkəsinin pasportlaşmasına aid olan sənədlərin tərtib etmə bacarıqlarına yüksək səviyyədə malik olmalıdır;
- Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərlə effektiv işləməyə bacarmalıdır;
- Kompyuter bilikləri üzrə : MS Office və Outlook proqramlarını mükəmməl bilməlidir;
- Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
- Azərbaycan Respublikasının Konstitusiyası Əmək Məcəlləsi üzrə baza biliklərə malik olamalıdır;
- Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir;
- İşgüzar yazışma əsaslarını bilməlidir;
- Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
- Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.
Vəzifə öhdəlikləri:
- Xətt təsərrüfatının pasportlaşması sektorunun müdirinin əsas öhdəliyi birbaşa rəhbərin nəzarəti altında “Aztelekom” MMC-də Xətt şəbəkəsinin pasportlaşması sahəsinə aid olan prosesi və ona aid olan bütün sənədləri yaradıb, daim təkmilləşdirməyindən və prosesə riayət edilməsindən ibarətdir;
- Xətt təsərrüfatının pasportlaşması sektorunun müdiri öz fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyinə və “Aztelekom” MMC-də müəyyən olunmuş Daxili Qaydalar və Təlimatlara əsasən aparır;
- Xətt təsərrüfatının pasportlaşmasına dair sənədləşməni Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparılmasına nəzarət edir;
- Xətt təsərrüfatının pasportlaşması sektoru müdirinin tabeçiliyində olan “İşçiləri” elanlarla, təlimatlarla, texnoloji proseslərlə tanış edir.
- Daxil olmuş müraciətlərin vaxtıda aradan qaldırılmasına nəzarət edir;
- Tabeliyində olan əməkdaşların müştərilərlə ünsiyyətdə etik qaydalara əməl olunmasına nəzarət edir;
- “Aztelekom” MMC üzrə bütün region və filiallarda bu sahə üzrə çalışan mütəxəsislərin sektor mütəxəssisləri tərəfindən ümumi məsələlərlə məlumatlandırılmasına nəzarət edir;
- Sektorun müdiri Texniki Departamentin digər struktur bölmələri ilə öz fəaliyyətini koordinasiya edir, onların qarşılıqlı əlaqəsini təmin edir;
- Tabeçiliyində olan “İşçiləri” tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görür;
- “İşəgötürənin”strateji məqsədlərinə nail olmağa doğru istiqamətlənir;
- Sektorun fəaliyyətinin keyfiyyətini artırılması məqsədi ilə, tabeçiliyində olan personala dəstək olur və onların öhdəliklərini üzərinə götürür;
- Sektorun rüblük, yarımillik və illik işini təhlil edir, fəaliyyəti barədə birbaşa rəhbərinə hesabat verir;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
İş haqqında məlumat:
- 5 günlük iş rejimi (bazar ertəsi - cümə)
- iş vaxtı: 09:00 - 18:00
- iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Xətt təsərrüfatının pasportlaşması sektorunun müdiri” vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 30.04.2023.
Email: [email protected]