İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Dövlət orqanları və idarələrində təşkilatın mənafeyini qoruyur və müdafiə edir;
 
	- Məhkəmə və hüquq mühafizə orqanlarında təşkilatı təmsil edir;
 
	- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabları hazırlayır;
 
	- Mübahisələrin məhkəməyəqədər həllində (mediasiya) iştirak edir;
 
	- Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım edir, onlardan daxil olmuş sorğulara rəy və izahatlar verir;
 
	- Məhkəmə qərarlarının icra edilməsinə nəzarət edir və dəstək verir, o cümlədən, icra mərhələsində ərizə və vəsatətlərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsini həyata keçirir.
 
	- İddia ərizələri, vəsatətlər, etirazlar, məhkəmə aktlarından şikayətləri hazırlayır;
 
	- Hüquq mühafizə orqanlarından habelə dövlət orqanlarından daxil olan sorğu və müraciətlərə baxır və onlara qanunvericiliyə uyğun cavablar hazırlayır;
 
Namizədə dair tələblər:
	- Hüquq sahəsində ali təhsil;
 
	- Müvafiq sahədə 3 il korporativ iş təcrübəsi;
 
	- Azərbaycan dilində səlis yazı və danışıq qabiliyyətləri
 
	- MS Office proqramlarında çalışmaq bacarığı;
 
	- Sürücülük vəsiqəsinin olması üstünlükdür.
 
İş şərtlərimiz:
	- 5 günlük iş qrafiki, 08:30 - 17:30;
 
	- Əmək haqqı namizədlərlə müsahibə əsasında müəyyən ediləcək. 
 
	- İş yeri: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquqşünas” yazaraq göndərmələri xahiş olunur. 
Email:  [email protected]