Baş mühasib (Gəncə)

  • AzerBlast MMC
  • Elanın qoyulma tarixi: 04.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
  • Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı;
  • Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;
  • DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;

Namizədə dair tələblər:

  • Ali təhsilli olmalı (riyazi və ya iqtisadi sahə üzrə bitirənlərə üstünlük veriləcəkdir);
  • Peşəkar mühasib sertifikatı olmalı (PMS);
  • Göstərilən sahə üzrə min. 3 il iş təcrübəsi;
  • MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı;
  • Vergi Məcəlləsini bilməli.
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
  • Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
  • İş yeri: Gəncə şəhəri;

 

Email: [email protected]