İqtisadiyyat idarəsi büdcə və proqnozlaşdırma şöbəsinin aparıcı iqtisadçısı

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin orta və uzunmüddətli dövr üçün iqtisadi proqnoz göstəricilərini işləyib hazırlamaq;
  • Cəmiyyətin fəaliyyətinin nəticələrinin təsdiq edilmiş büdcəyə uyğunluğunun monitorinqi həyata keçirmək;
  • Maddi, əmək və maliyyə vəsaitlərinin minimal sərfi ilə rentabellik səviyyəsinin artırılmasının təmin edilməsi məqsədilə tədbirlər planının hazırlanmasında iştirak  etmək; 
  • Cəmiyyətin fəaliyyət növləri üzrə tariflərin və yığım dərəcələrinin işlənib hazırlanmasında iştirak etmək;
  • Cəmiyyətin biznes planlarının və iqtisadi fəaliyyətinin normativ sənədlərinin hazırlanmasında iştirak etmək;
  • Yeni açılan marşrutlar üzrə reyslərin və sifarişli (çarter) reyslərin xərclərini hesablamaq.

Namizədə olan tələblər:

  • Təhsili/ixtisası: iqtisadiyyat, maliyyə, mühasibatlıq və ya digər müvafiq sahələrdə bakalavr dərəcəsi;
  • Analoji sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri: azərbaycan dili - əla, ingilis dili – əla.

Şəxsi keyfiyyətlər:

  • Yüksək təqdimat və ünsiyyət qabiliyyəti;
  • Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
  • Data əsasında nəticə çıxarma, problem həll etmə və araşdırma bacarıqları;
  • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti.

Üstünlüklər:

  • Rus dili biliyi;
  • İFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər və sertifikatlar;

İş şəraiti: 

  • İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək;
  • Şənbə və bazar, bayram və matəm günləri qeyri-iş günləridir;
  • Nəqliyyat (xidməti avtobus) şirkət tərəfindən təmin olunur;
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu.

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Müraciət üçün: https://www.azal.az/az/company/career

İşəgötürənin reytinqi