Digital Marketinq Meneceri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Brendin və xidmətlərin rəqəmsal marketinq planlarının, kampaniyalarının hazırlanması və həyata keçirilməsinin idarə olunması;
  • Kampaniyaların effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib, təhlili və təkmilləşdirmə sahələrinin müəyyən edilməsi;
  • Müştəri seqmentləri və kanallarının effektivliyinin təhlil edilməsi;
  • Rəqəmsal marketinq büdcəsinin planlaşdırılması və nəzarət edilməsi və hər bir yerləşdirmə kanalları (Ödənişli media, sosial və SEO) üzrə maksimal effektivliyin əldə edilməsinə nəzarət olunması;
  • Google, Facebook və İnstaqram səhifələrində marketinq büdcəsinə əsasən reklam kampaniyaların yerləşdirilməsi və izlənilməsi;
  • Kampaniyaların nəticələrini və effektivliyini təhlil etmək və rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatların yaradılması;
  • İstifadəçilərin artımını təmin etmək üçün yeni rəqəmsal kanalların sınaqdan keçirilməsi;
  • Ən yeni SEO təcrübələrinin analizi və tətbiq edilməsi;
  • A/B testinq və bənzər alətlərdən istifadə edərək müştəri seqmentləri və kanalların effektivliyinin təhlil edilməsi;
  • Reklam və marketinq məhsullarının hazırlanması;
  • Media, reklam və marketinq agentlikləri ilə sıx əməkdaşlıq;

Namizədə tələblər:

  • Marketinq və ya biznes sahəsində bakalavr dərəcəsi;
  • Marketinq Platformaları üzrə biliklər: Google Analytics, Yandex Metrica, Google Ads; Remarketing Tools, Google Tag Manager, Google Search Console;
  • Komanda ilə işləmə bacarığı;
  • Yaradıcı və yenilikçi düşünmə bacarığı;
  • Analiz etmə və problemləri həll etmə bacarığı;
  • Azərbaycan dilini mükəmməl bilmək, Rus və  İngilis dillərini bilənlərə üstünlük veriləcək;
  • Digital marketing sahəsi üzrə ən azı 2-3 il iş təcrübəsi;

İş rejimi və əmək haqqı:

  • İş qrafiki:  Sərbəst iş qrafiki
  • Əmək haqqı: Müsahibə əsasında müəyyənləşdiriləcək

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Mövzu hissəsində “Digital Marketinq Meneceri” qeyd etməklə göndərmələri xahiş olunur.

Email: Email: [email protected]