Əmək haqqı hesablanması üzrə mütəxəssis

İşin təsviri

İşiniz nələrdən ibarət olacaq?

  • Şirkət əməkdaşlarının aylıq əmək haqqının (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) hesablanmasını və vaxtında ödənilməsini təmin etmək;
  • Bonus əmrlərinin qanunvericilik əsasında hazırlanması və ödənişə vermək;
  • Filiallar üzrə davamiyyət cədvəllərinə əsasən əmək haqqı hesablanmasını yerinə yetirmək;
  • Əmək haqqı hesablanması etdiyi bütün filiallar üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;t;
  • Əmək haqqı üzrə büdcə və proqnozlarının hazırlanmasında iştirak etmək;
  • Əmək haqqı hesablanması ilə bağlı prosedurların optimallaşdırılmasına dəstək olmaq;
  • Bank hesab nömrələrinin açılması və əmək haqqı kart sifarişlərini yerinə yetirmək;
  • Bölmənin fəaliyyəti və iş bölgüsünə əsasən əmək haqqı hesablanması ilə bağlı bütün prosesləri vaxtında və düzgün şəkildə icra etmək.

İşinizi görmək üçün sizdən nələri tələb edirik?

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq və İnsan Resursları sahəsində);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
  • Elektron Hökümət Portalları ilə ( e-sosial; İSB; ƏMAS) işləmə bacarığı;
  • Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək (1С 8.3 proqramında işləmə bacarığı);
  • Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Problemləri həll etmə bacarığı.
  • İngilis və rus dili arzu olunandır.

Sizdən gözləntilərimiz nələrdir?

  • Təşəbbüskarlıq;
  • İnnovativlik;
  • Pozitivlik.

Vakansiya haqqında əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Baki şəhəri, Qafqaz Business Center.

 

https://hr.mktcotton.com/az/job/emek-haqqi-hesablanmasi-uzre-mutexessis

MKT İstehsalat Kommersiya MMC tərəfindən digər vakansiyalar