Müqavilələr üzrə mütəxəssis

İşin təsviri

İşə götürən: “Grand Motors” MMC

Vəzifə: Müqavilələr üzrə mütəxəssis

Əmək haqqı:1200-1500 AZN

İşin təsviri:

- Bağlanmış müqavilələrə nəzarət, bağlanacaq müqavilələri nəzərdən keçirərək risklərin aydınlaşdırılması
- Ziddiyət və uyğunsuzluqların araşdırılması və həll edilməsi
- Müqavilədən kənar işlərin təyin edilməsi və sifarişçi ilə dəqiqləşdirilməsi
- Görülmüş işlərin müqavilə şərtlərinə uyğunluğunun yoxlanılması və təhvil təslim sənədləşdirilməsi
- Tikintinin həyata keçirilməsi üçün lazımı strukturlardan icazələrin alınması və bununla bağlı bütün işlərin icrası

Tələblər:

- Ali texniki təhsil ( tikinti sahəsi bitirməsi daha məqsədəuyğundur)
- Mülki və sənaye tikinti sahəsində (xüsusilə su və kanalizasiya çəkilişi) iş təcrübəsi.
- Yerli və beynəlxalq (FIDIC) müqavilə formalarını bilməli və bu sahədə 3 il iş təcrübəsi olması arzuolunandır
- Tikinti təşkili, idarə olunması və nəzarət sahəsində çalışmış şəxslərə üstünlük verilir
- İngilis dili upper-intermediate və rus dili
- MS Office (World və Excel mükəmməl)
- Analitik qabiliyyət, karyera motivasiyası olan, ünsiyyət qurma qabiliyyəti olan şəxslər

İş qrafiki:

- Bazar ertəsi – Cümə:  9:00  - 18:00
- Şənbə : 10.00  – 16.00

İşlə əlaqədar olaraq bölgələrə ezamiyyət gözlənilir. Maraqlanan namizədlər mövzu yerində “Müqavilələr üzrə mütəxəssis jobsearch.az” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.