İşin təsviri
                
                
                                
                İş təsviri: 
	- Mülki və sosial hüquqlarla bağlı vətəndaşlardan daxil olan şikayətlər üzrə hüquqi yardım edir;
 
	- Vətəndaşların dövlət idarəetməsində iştirak hüququ üzrə məqalələrin hazırlanmasında iştirak edir;
 
	- Sosial hüquqların pozulması yönündə şikayətlərin araşdırılması prosesində iştrak edir;
 
	- Vətəndaşalara mülki və siyasi hüquqların pozulması halları üzrə beynəlxalq hüquq müdafiə mexanizmlərdən istifadə üzrə tövsiyyələr hazırlayır; 
 
	- Hüquqi təhlil və araşdırma prosesinin təşkili; 
 
	- Mülki və siyasi hüquqlar üzrə milli qanunvericiliyin təhlili və məqalələrin hazırlanması. 
 
Tələblər:
	- Mülki və siyasi hüquqların müdafiəsi ilə bağlı Azərbaycan Respublikası milli qanunvericliyini mükəmməl bilmək; 
 
	- BMT və Avropa Şurasının insan hüquq müdafiə mexanizmlərinə dair beynəlxalq normativ aktları mükəmməl bilmək; 
 
	- Mülki və İnzibati xətalar məcəllələrini yüksək səviyyədə bilmək; 
 
	- Hüquq üzrə natamam ali (bakalavr) təhsil; 
 
	- Ən azı 6 aylıq iş təcrübəsinə malik olmaq; 
 
	- Microsoft Office (World, Excell və Power Point) proqramlarını yüksək səviyyədə bilmək; 
 
	- Azərbaycan dilində düzgün danışıq, mükəmməl yazı və geniş mütaliə bacarıqlarına malik olmaq; 
 
	- İngilis dilində orta səviyyədə danışıq, yazı və mütaliə bacarıqlarına malik olmaq; .
 
İş vaxtı:  Gündə 8 saat olmaqla həftədə 5 gün
Əmək haqqı:  Müsahibə əsasında təklif edilir. 
CV-lərinizi yalnız Azərbaycan dilində aşağıdakı e-poçt ünvanına göndərə bilərsiz.