İşə qəbul mütəxəssisi

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 28.05.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiyanın adı: İşə qəbul mütəxəssisi

İnsan Resurslarını özünə peşə olaraq seçmiş və bu istiqamətdə karyera qurmaq arzusunda olan şəxslər Şirkətlər Qrupumuzun İnsan Resursları Departamentində İşə qəbul mütəxəssisi vəzifəsinə işə dəvət olunurlar.

Tələb olunan xüsusiyyətlər:

- Menecment, iqtisadiyyat və ya ictimaiyyətlə əlaqələr sahəsində ali təhsil;
- Yaş aralığı 23-35;
- Kişi namizədlər hərbi xidmətini başa vurmuş olmalı;
- Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməli;
- Sənədləşmə və yazışma işlərini bacarmalı;
- MS Office proqramlarını yüksək səviyyədə bilməli;
- Araşdırma qabiliyyət iyüksək olmalı;

- Yaradıcı olmalı, mövcud iş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verməyi bacarmalı;

- Gərgin, stresli iş mühitində işləməyi bacarmalı;
- Ünsiyyət və gözəl nitq qabiliyyətinə malik olmalıdır.

İş barədə məlumat:

- Şirkətin işçi ehtiyacının təmini, iş üçün müraciət edən şəxslərin müraciət bazasının yaradılması;
- Şirkətə iş üçün müraciət edən şəxslərlə iş müsahibələrinin və lazımi testlərin keçirilməsi.

Bu sahə ilə əlaqədar şəxslərdən  mövzu yerinə "İşə qəbul mütəxəssisi" sözünü qeyd edərək CV-lərini  [email protected] ünvanına göndərmələri xahiş olunur.

 

İşəgötürənin reytinqi