Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması;
  • Risk nəzarət və özünü qiymətləndirmə alətinin tətbiqi;
  • Risk nəzarət matrisasının hazırlanması və dövri olaraq yenilənməsi;
  • Risk və insidentlərin idarə edilməsi sisteminin təşkili;
  • Bankdaxili normativ sənədlərin, məhsul və xidmət  passportlarının, risk nəzarət mexanizmlərinin  nəzərdən keçirilməsi və müvafiq rəyin verilməsi;
  • Stress testlərin keçirilməsi və ssenari analizlərinin aparılması;
  • Əməliyyat risklərinin idarə edilməsi prosesində  risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımı hesabatların tərtib olunması;
  • Əməliyyat risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə edilməsi;
  • Proseslərin təhlili, risk faktorlarının aşkar edilməsi və qiymətləndirilməsi;
  • Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşının alınmasıı ilə bağlı təkliflərin verilməsi.

 

Namizədə qarşı tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
  • Risklərin (xüsusilə əməliyyat riskləri) idarə edilməsi üzrə sertifikatların olması üstünlükdür;
  • Əməliyyat risklərinin idarə edilməsi üzrə minimum 1 il iş təcrübəsi;
  • Biznes proseslərinin tənzimlənməsi barədə qanunvericilik aktları və AR Mərkəzi Bankının müvafiq normativləri və qaydaları barədə biliklər;
  • Zərurət olduqda monitorinq, qiymətləndirmə və ya təlimlərin keçirilməsi məqsədilə şəhər və region filiallarına səfərlər edə bilməsi;
  • MS Excel, PowerPoint və Word proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti;
  • Azərbaycan dili mükəmməl olmalıdır, Rus və İngilis dilləri arzuolunandır.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 aprel 2023-cü il tarixinədək email-in mövzu hissəsində Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər.

Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi