Baş mühasib

  • Superfon
  • Elanın qoyulma tarixi: 16.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə min. 5 il
Təhsil: Ali (Mühasibatlıq, Maliyyə)

Vəzifə öhdəlikləri:

  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin mühasibat əməliyyatlarının fasiləsiz uçotunun təşkil edilməsi;
  • Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;
  • Dövlət büdcəsinə ödənişlərin dəqiq hesablanması və qanunvericilikdə müəyyən edilmiş müddətdə köçürülməsi;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi;
  • Vergi və digər dövlət orqanları ilə müvafiq yazışmalar;
  • Aparıcı mühasibin və mühasibin işinə nəzarət.

Tələblər:

  • Ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
  • Baş mühasib kimi topdan və pərakəndə satış sahəsində iş təcrübəsi - 5 ildən artıq;
  • 1C 8.3 proqramı ilə yüksək səviyyədə işləmə bacarığı;
  • Vergi Məcəlləsini və mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli;
  • MS Office proqramlarını bilməli.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Karyera yüksəlişi imkanı;
  • Korporativ mobil nömrə.

Müraciət qaydaları:

CV-nizi elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Baş mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Email: [email protected]

İşəgötürənin reytinqi