İşin təsviri
İşiniz nədən ibarətdir?
- Milli Mühasibat Uçotu Standartları və MHBS-ə uyğun olaraq daxili və xarici maliyyə və vergi hesabatlarının işlənib hazırlanması və razılaşdırılmış vaxt çərçivəsində təqdim olunması;
- Bankın vergi siyasətinin tətbiq edilməsi;
- Müvafiq hesabatların (mühasibatlıq və vergi) dəqiq və vaxtında təqdim olunması;
- Şöbənin gündəlik proseslərinin daxili qaydalara və qanunvericiliyə əsasən icra müddətinə uyğun aparılması, günün, ayin bağlanması proseslərinin, mühasibatlıq və vergi əməliyyatlarının icrası;
- Bankın gündəlik fəaliyyətində mühasibatlıq uçotunun aparılması;
- Maliyyə uçotu siyasətinin MUBS və MUMS əsasında tətbiq edilməsi;
- Bankın gündəlik inzibati əməliyyatlarının və kapital xarakterli xərclərinin düzgün uçotu;
- Bankın əsas vəsaitlərin uçotunun aparılması və inventarizasiya işinə nəzarət;
- Xarici auditorlara, vergi orqanlarına və yoxlama qurumlarına uçot sənədlərinin təqdim edilməsi;
- Bankın məhsulları üzrə mühasibat modellərinə uyğun bankın struktur bölmələrinə məktubların yazılması;
- Şöbənin gündəlik əməliyyatlarına və işinə aid bütün avtomatlaşdırmalarda iştirak və biznes tələblərinin yazılması;
- Bankın bütün növ əməliyyat xərclərinin ödənilməmiş öhdəliklərinin, müqavilələr üzrə borcların hesablanması və hesab-fakturaların ödənilməsi;
- Bankın bütün növ əməliyyat gəlirlərinin və alınacaq məbləğlər üzrə hesab-fakturaların yazılması, qaimələrin tərtibi.
Sizdən nə tələb olunur?
- Təhsil: maliyyə və iqtisadiyyat üzrə ali təhsil.
- Təcrübə: müvafiq sahədə 2-3 il iş təcrübəsi.
- Xarici dil: ingilis dili, rus.
- Kompüter bilikləri: Microsoft Office.
- Məhsul biliyi: bank məhsulları və əməliyyatları üzrə biliklər.
- Bazar biliyi: maliyyə bazarları üzrə biliklər.
- Digər: İFRS biliyi.
- Üstünlük verilir: ACCA /Dip İFRS/ CIMA sertifikatların mövcudluğu əlavə üstünlükdür.
https://glorri.com/pashabank/638edeb88cfac639410db8ee-M%C3%BChasibatl%C4%B1q%20v%C9%99%20Vergi%20%C3%BCzr%C9%99%20M%C3%BCt%C9%99x%C9%99ssis?sources