Katibə-referent

İşin təsviri

İşəgötürən: Grand Motors MMC

Vəzifə: Katibə-referent

Əmək haqqı: 300 AZN

İşin təsviri:

- Direktorun adminstrativ fəaliyyətinin təşkilati-texniki təminatı,
- Direktorun adına gələn sənədləri qəbul edir, qəbul edilmiş qərara uyğun olaraq sənədlərin icra olunması üçün müvafiq bölmələrə və ya qərarı bilavasitə icra edəcək şəxslərə çatdırır;
- Direktorun telefon bağlantılarını həyata keçirdir, yerində olmadığı hallarda daxil olan zənglərin qeydiyyatıını aparır və bu barədə Direktor yerinə gəldiyində məlumat verir;
- Direktorun təlimatı ilə müvafiq sənədləri çap və tərcümə edir;
- Direktorun iştirak etdiyi iclasların və müşavirələrin hazırlanması ilə bağlı iş aparır (tələb olunan sənədləri toplayır, iştirakçılara görüşün tarixi, vaxtı, mövzusu və keçiriləcəyi yer barədə məlumat verir), görüşlərin protokolunu aparır;
- Direktor və qonaqları çayla təmin edir.
- Ziyarətçilərin qəbulunu təşkil edir, müraciətlərin və təkliflərin operativ şəkildə baxılmasına şərait yaradır
Protokol işlərini görür,
- Direktor və işçilər xaricə ezam olunduqda ən sərfəli şərtlərlə təyyarə biletlərini sifariş edir;
- Xaricə ezam edilən şəxslər və xaricdən dəvət edilən qonaqlar üçün otellərin rezervasiyası;
- Xaricə ezam olunan işçilərin vizalarını alır.

Tələblər:

- Ali təhsil
- Yaş: 20-25
- Microsoft Office
- İngilis dili və rus dili (sərbəst)
- İnkişafa meyilli
- Ciddi, məsuliyyətli, dəqiq

İş qrafiki:

- Bazar ertəsi – Cümə:  9:00  - 18:00
- Şənbə : 10.00  – 16.00

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected]  ünvanına  mövzu yerində “Katibə-referent jobsearch.az” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervyu üçün dəvət olunacaqlar.