Proseslərin idarəedilməsi üzrə Mütəxəssis /Aparıcı Mütəxəssis /Baş Mütəxəssis

  • Yapi Kredi Bank
  • Elanın qoyulma tarixi: 10.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Bank sahəsində ən azı 2 il iş təcrübəsi;
  • İqtisadiyyat, biznesin idarəedilməsi və İT sahəsi üzrə ali təhsil; 
  • İngilis, türk, rus dili biliklərinə üstünlük verilir;
  • Ofis proqramlarında işləmək bacarığı;
  • Bank proseslərinin iş axışları/prosedur sənədləri, bank qanunvericiliyi barədə məlumatlı olmaq;
  • Məlumatı toplamaq və təhlil etmək bacarığı / Analitik düşüncə / Təqdimetmə bacarığı / Komanda ilə işləyə bilmək.

Cavabdehlik:

  • Bankın iş axışlarının sənədləşdirilməsi;Bank proseslərinin yerli qanuvericiliyin tələbləri və struktur bölmələrin  təklifləri əsasında yazılması;
  • Prosedur Sənədlərin bankın aidiyyəti strukturları ilə razılaşdırılması və təsdiqə yönləndirilməsi
  • İT qrupları ilə birlikdə kiçik istək/orta ölçülü layihə/ böyük ölçülü layihə sinifləşdirməsini həyata keçirmək;
  • Qanunvericiliyə riayət üzrə proses dəyişikliklərində təşəbbüslə çıxış etmək, dəyişikliyin banka təsir təhlilini bankın strukturlarının dəstəyini alaraq aparmaq və texniki dəyişikliklər üçün IT ilə koordinasiyalı planlaşdırma işlərini həyata keçirmək;
  • Orta və böyük ölçülü sistem tələblərini “business hub” prinsipinə uyğun yaratmaq (ətraflı proses təhlili, biznes qərarları, digər layihə və proseslərlə qarşılıqlı əlaqələr, müştəri və satış/əməliyyata olan təsirlərini təhlil etmək);
  • Məsul olduğu prosedur sənədləri üçün, “business impact” - in və “business case” - in yaradılaraq, layihələrin təsir etdiyi  struktur bölmələrin digər tələblərini gözdən keçirmək və bir-biri ilə olan əlaqələrini və ziddiyyətlərini müəyyənləşdirmək; 

Bank sistemləri üzrə istifadəçilər (user-lər) yaratmaq, user-lərə müvafiq səlahiyyətlər vermək, dəyişdirmək və ləğv etmək.

CV-lərinizi [email protected]   e-mail ünvanına göndərmənizi xahiş edirik. 

İşəgötürənin reytinqi