Baş mühasib

  • Milli Broker
  • Elanın qoyulma tarixi: 10.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Dəmir yolları, beynəxlaq daşıma əməliyyatlarından, gömrükləmə, logistika sahəsində vergi güzəşti və cərimələrdən məlumatlı olmaq;
  • 1C sistemində işləmək;  
  • Məktubların yazılması və cavablandırıması;
  • Kameral yoxlamanın icrası;
  • Hesab-fakturaların kəsilməsi, əmək haqqı hesablanması, məzuniyyət, ezamiyyət rəsmiləşdirilməsi;
  • Debitorlar və kreditorlar üzrə analitik uçotun aparılması, 
  • E-qaimələrin yazılması, müştərilələrlə üzləşmə aktların hazırlanması;
  • Kassa əməliyyatlarının aparılması; 
  • Vergi, statistika və DSMF hesabatların hazırlanması və göndərilməsi;
  • E-gov.az və e-taxes.gov.az da müvafiq sənədləri işləmək;
  • Bank Əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması, arşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Aylıq hesablama metodu ilə rəhbərliyə hesabatların təqdim edilməsi (balans, nağd pul vəsaitlərinin hərəkəti, mənfəət zərər, yaşlanmış debitorlar);
  • Əmək haqqı razılaşma yolu ilə.

Namizədə qarşı tələblər:

  • Ali iqtisadi təhsill (Maliyyə, Mühasibat uçotu və audit və s.);
  • Müvafiq sahədə 10 il iş təcrübəsi;
  • Logistika, gömrüklə iş sahəsində  iş təcrübəsinin olması arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
  • E-gov.az və e-taxes.gov.az da işləmək bacarığı;
  • Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramlarını yaxşı səviyyədə bilmək;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
  • Analitik qabiliyyətə, təqdim etmə bacarıqlarına malik olmaq;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 10 aprel 2023-ci il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Baş mühasib” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.