Bəyannaməçi

  • Milli Broker
  • Elanın qoyulma tarixi: 23.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 Ümumi vəzifə öhdəlikləri:

  • Qısa idxal bəyannamələrinin tərtib edilməsi; 
  • Tranzit gömrük bəyannamələrinin tərtib edilməsi;
  • Bəyannamələrin sistemə işlənilməsi;
  • Sərbəst dövriyyəyə buraxılış bəyannamələrinin elektron qaydada tərtibi;
  • Mal və nəqliyyat vasitələrinin bəyan edilməsi,
  • Mal və nəqliyyat vasitələrinin idxal-ixrac əməliyyatları zamanı bəyannamələrin hazırlanması;
  • İxrac, müvəqqəti saxlanc, beynəlxalq tranzit proseduru altında malların bəyan edilməsi;
  • Müştəri loyallığını təmin etmək üçün yüksək səviyyədə xidmət göstərmək;
  • Cəlb edilmiş müştərilər ilə daim ünsiyyətdə olmaq.

  Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Bəyannaməçinin İxtisas Attestatı;
  • Müvafiq sahədə minimum 1 illik iş təcrübəsi;
  • Gömrük orqanları və müvafiq sənədləşmə xidmətləri sahəsində təcrübənin olması;
  • Dil bilikləri: Azərbaycan dili əla, İngilis və Rus dilləri arzuolunandır;
  • Komputer bilikləri: Word, Excel, Outlook proqramlarını mükəmməl bilməli;
  • Peşəkarlıq tələbləri: 
  • Azərbaycan Respublikasının Gömrük qanunvericiliyini bilməsi;
  • Beynəlxalq tranzit prosedurunu bilməsi;
  • Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması; 
  • Dəqiqlik və sənədlərlə düzgün işləmə bacarığı; 
  • Müştərini dinləmək və inandırmaq bacarığı; 
  • Müştərilərlə xoş ünsiyyətdə olmaq.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 24 iyun 2022-ci il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Bəyannaməçi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

Email: [email protected]