Hüquqşünas

  • Company
  • Elanın qoyulma tarixi: 07.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyaları:    

  • Şirkətə daxil olmuş müqavilələrin, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hüquqi ekspertizasının yoxlanılması, həyata keçirilməsi, onların qanunvericiliyə uyğunluğunun yoxlanılması;
  • Sənədlərə (layihələrə), o cümlədən beynəlxalq müqavilələrə rəy və təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
  • İdarənin fəaliyyətindən irəli gələn və ya onunla bağlı olan hüquqi məsələlərə dair yazılı və ya şifahi hüquqi rəylərin təqdim edilməsi;
  • İdarənin müxtəlif məhkəmə instansiyalarında nümayəndə qismində təmsil edilməsi;
  • Müqavilələrin, nizamnamələrin, əmrlərin, məktubların və digər hüquqi sənədlərin hazırlanması;
  • Şirkətin struktur bölmələr tərəfindən hazırlanan müqavilələrinin təhlil edilməsi.

Vəzifənin tutulması şərtləri:

  • Ali hüquq təhsili;
  • İş stajı: azı 3 il iş stajı;
  • Azərbaycan Respublikasının qanunlarını, mülki və mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi bilik bacarığı;
  • MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı. 

İş barədə məlumat:

  • İş yeri: Bakı, Şuşa, Ağdam, Tərtər (qeyd olunan şəhərlərində yaşayan və ya işğaldan azad olunmuş ərazilərə gündəlik əsaslarla gediş-gəliş imkanı olan şəxslər müraciət edə bilərlər);
  • Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini müvafiq elektron poçt ünvanına göndərin və əmək haqqı gözləntinizi qeyd edin.

Email;  [email protected]