Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə məsləhətçi

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Görəcəyiniz işlər:

  • Agentliyin ictimai əlaqələrinin yaradılmasında və genişləndirilməsində iştirak etmək;
  • Rəqəmsal trendlərin izlənilməsi və işlədiyi sahəyə tətbiq edilməsi;
  • Sosial media platformaları üçün məzmunların, kreativ postların hazırlanması;
  • Reklam mətnlərinin, ssenarilərin yazılması və redaktəsi;
  • Tədbirlərin, mətbuat konfranslarının və brifinqlərin təşkili.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (İctimaiyyətlə əlaqələr, Jurnalistika, Filologiya üzrə);
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Foto və video çəkiliş aparatlarından istifadə bacarığı;
  • Sosial media platformalarının xüsusiyyətlərinə bələd olmaq və onlayn alətlərdən istifadə etmək bacarığı;
  • Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
  • Mükəmməl yazı və redaktə bacarıqları;
  • Bir neçə tapşırığı idarə etmək bacarığı (multitasking);
  • Operativlik və stress altında işləmək bacarığı;
  • Microsoft Ofis proqramlarında işləmək bacarığı.

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi 27.03.2023-cü il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Email: [email protected]