Risklərin idarə edilməsi üzrə kiçik mütəxəssis

  • Caspian Tech QSC
  • Elanın qoyulma tarixi: 07.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Məsuliyyətlər:

  • Kontentə nəzarət etmək, bütün hadisələrdə düzgün informasiyanın müştərilərə çatmasını təmin etmək.
  • Canlı hadisələrin kontentinə nəzarət etmək, yarana biləcək problemləri bildirmək və sürətli müdaxilə etmək.
  • Bazardakı hərəkətliliyi izləmək və  qiymət fərqi ilə bağlı riskləri bildirmək.
  • Real vaxt monitoringi.
  • Ehtiyac yarandıqca nəticələri dəyərləndirmək və onlarla bağlı hesabat hazırlamaq.
  • Müştəri aktivliyini izləmək, bazar öhdəliklərini idarə etmək. 

Tələblər:

  • Ali təhsil (Statistika, Riyaziyyat, Ekonometrika, Riyazi maliyyə və ya İqtisadiyyat sahəsi üzrə) ;
  • Statistik və ya riyazi modelləşdirmə sahəsində bilik;
  • Müxtəlif idman növlərinə yüksək maraq (əsasən futbol və basketbol) ;
  • Riyazi və texniki məlumatları analiz etmək və dəyərləndirmək üçün analitik bilik;
  • Analitik təhlil etmə qabiliyyəti;
  • Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə ingilis və rus dili biliyi;
  • Həftə sonları, axşamlar və bayram günləri daxil olmaqla çevik işləmək bacarığı;
  • Məlumatların məxfiliyini qoruyub saxlama bacarığı;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığı, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
  • Nəticələrlə bağlı tələblərə uyğun hesabat hazırlaya bilmək;
  • Microsoft Office bilikləri (İlk növbədə Excel)

 İş qrafiki növbəli iş rejimidir. Həftəlik 40 saat olmaqla gecə və axşam növbələri mövcuddur.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsinə “Risklərin idarəedilməsi üzrə mütəxəssis” qeyd etməyinizi xahiş edirik.

Email:  [email protected]