Baş mühasibin müavini

İşin təsviri

Namizədə dair tələblər:

  • Ali təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə)
  • Rus və ingilis dilini bilmək üstünlükdür; 
  • Mühasibtlıq sahəsində azı 5 illlik iş təcrübəsi;
  • Komandada işləmək, yüksək səviyyədə ünsiyyət  bacarığı
  • Analitik düşünmə qabiliyyəti

Vəzifə öhdəlikləri:

  • Müəssisə tərəfindən həyata keçirilən butun təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmcinin muhasibat uçotu registrlərində) düzgun əks etdirilməsinin, ona nəzarətin, məlumatların operativ təqdim edilməsində bilavasitə iştirak etməli;
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunun, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin, xərclər smetasının hazırlanmasının, məhsulun satışının, iş və xidmətlərin yerinə yetirilməsinin təşkilində iştirak etməli;
  • Ştat, maliyyə və xəzinə intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsinin qanuniliyi, mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmalı;
  • Müəssisənin əməkdaşlarına mühasibat uçotu, nəzarəti, hesabatı və iqtisadi təhlili məsələləri üzrə metodik köməklik etməli;
  • İnventarizasiyanın təşkili və aparılmanına nəzarət etmək;
  • Mühasibat hesabatının tərtib edilməsi üçün müvafiq sahələr üzrə məlumatları hazırlamalıdır;
  • Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.

İş şərtləri:

  • İş saatları- 09:00-18:00/6günlük
  • Korporativ nömrə 
  • Ə/H-Razılaşma əsasında

Tələblərə uyğun şəxslər CV-lərini elektron poçt ünvanına “Baş mühasibin müavini” başlığı altında [email protected] göndərə bilərlər.

Bakı Tekstil Fabriki tərəfindən digər vakansiyalar