Xərclər üzrə Mühasib

İşin təsviri

Tələblər:

  • Qeyd edilən sahədə iş təcrübəsi minimum 2 il.
  • Maliyyə, Mühasibat uçotu üzrə ali təhsil.
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti.
  • E-taxes.gov.az və digər aidiyyatı üzrə portallarda işləmə bacarığı.
  • Azərbaycan və Rus dillərini səlis bilmək, İngilis dilini bilməsi arzuolunandır.

Öhdəliklər:

  • Bank ödənişlərinin həyata keçirilməsi və mühasibatlıq sistemə daxil edilməsi.
  • E-qaimələrin gündəlik nəzarəti və təsdiqi.
  • Bank və ƏDV hesabları üzrə balanslara nəzarət.
  • Müqavilə və ödəniş sənədlərinin düzgün qaydada yığılması. 
  • Müdriyyət tərəfindən müxtəlif maliyyə tapşırıqları. 
  • Bütün aparılmış əməliyyatların Maliyyə / Mühasibatlıq uçot proqramında (1C) yoxlanılması və izlənilməsi.
  • Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili.
  • Debitor və kreditor hesablaşmalarına nəzarət edilməsi.
  • Maliyyə menecer tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.

İş Şərtləri:

  • Ə/H namizədin təcrübəsinə əsasən dəyişiləcəkdir.
  • 5 günlük iş həftəsi (saat 10:00-19:00)
  • Rabitə xərcləri şirkət tərəfindən ödənilir.
  • İş yeri şəhərin mərkəzində yerləşir.
  • İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) Xərclər üzrə Mühasib mövzusu altında [email protected] elekton ünvanına göndərə bilərlər. 

İşəgötürənin reytinqi