Həkim- laborant

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Görəcəyiniz işlər:

  • Tibb təchizatçısı tərəfindən göstərilmiş tibbi xidmətlərə dair hesabatların (reyestrlərin) və digər tələb edilən sənədlərin alınması;
  • Tibb təchizatçıları tərəfindən təqdim olunmuş reyestrlərə əsasən göstərilmiş tibbi xidmətlərin ilkin texniki və tibbi dəyərləndirilməsinin həyata keçirilməsi;
  • Sığorta hadisəsi zamanı sığorta olunana göstərilən tibbi xidmətin keyfiyyətinə nəzarət edilməsi, yaranan nöqsanların araşdırılması. 
  • Tibbi-iqtisadi ekspertizanın aparılması zamanı yaranan mübahisəli məsələlərin araşdırılması məqsədi ilə tibb heyəti ilə görüşlərin keçirilməsi;
  • Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;

Bizim üçün uyğun namizəd:

  • Ali tibbi sahə üzrə təhsil (Rezidentura təhsili üstünlükdür);
  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus dili biliyi üstünlükdür);
  • MC Office (Word, Excel) proqramlarında işləmək bacarığı;
  • Tibb sahəsində təşkilatı işlər üzrə 1 ildən az olmayaraq ümumi əmək stajı (sığorta şirkətlərində iş təcrübəsi üstünlükdür);
  • Ünsiyyət və təşkilatçılıq bacarığı;
  • Stressə qarşı davamlılıq;
  • Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
  • Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
  • Xarici dil bilikləri arzuolunandır;

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 31.03.2023-cü il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı və bölgə filialını “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Email: [email protected]