Qida təhlükəsizliyi və Keyfiyyətə nəzarət şöbəsinə mütəxəssis (Biləsuvar)

  • SƏBA
  • Elanın qoyulma tarixi: 28.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Ali təhsil: Qida mühəndisliyi, Kimya, Mikrobiologiya və ya bunlara uyğun ixtisaslar üzrə təhsili olması arzu olunandır;
  • ISO 9001:2015, ISO 22000, ISO 17025 və HACCP standartının tələblərini bilməsi, bu sahədə təlim almış  olması və müvafiq sertifikatlara sahib olması arzu olunandır;
  • Qida istehsalı sahəsində (əsasən süd məhsullarının istehsalı), Keyfiyyətə nəzarət və ya oxşar sahələr üzrə ən azı 2 illik iş təcrübəsinin olması arzu olunandır;
  • Əsas iş yeri Biləsuvar rayonunda yerləşir, hər gün, həftə içi (5 günlük qrafikə uyğun) Biləsuvar rayonuna gedib-gələ biləcək , iş günləri müddətində həmin ərazidə qala biləcək (həftə içi 5 günlük qrafikə uyğun, namizəd qalacaq yer və qida ilə təmin olunur) və ya yaxın ərazilərdə yaşayan namizədlərin müraciət etməsinə üstünlük verilir;
  • Müraciət edən namizədlərin bəy olması daha məqsədə uyğundur;
  • Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalıdır;
  • Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımi bilikləri olması arzu olunandır;
  • Rus və İngilis-dilini bilməsi arzu olunandır;
  • Kommunikasiya, planlama və təşkilatçılıq, yaradıcılıq və innovasiya, analitik düşüncə, nəticə yönümlülük, öyrənmə və dəqiqlik, müştəri yönümlülük, konfiliktlərin idarə edilməsi bacarığının olması arzu olunandır;
  • MS Office programları (Word? Excell? Power-Point? Outlook)

Əsas vəzifə öhdəlikləri:

  • Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması;
  • Mәhsul haqqında yazılmış uyğunsuzluqların ana sәbәblәrini araşdırır vә әlaqәdar bölmәyә mәhsul haqqında uyğunsuzluq vә düzәldici önlәyici hesabatların yazılmasını tәmin etməsi;
  • İstehsalat, anbar, laboratoriyaya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalarına riayət edilməsi;
  • Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi;
  • Müəssisəyə daxil olan ehtiyatların yoxlanılması, onların keyfiyyətinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanması;
  • Istehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgün tənzimlənməsinin həyata keçirilməsi;
  • Keyfiyyətə nəzarət planının,prosedurların,forma və aktların hazırlanması;
  • Müəssisədə çalışan personallar üçün nəzərdə tutulmuş təlimlərin həyata keçirilməsini təmin etməsi;  
  • Standartın tələblərinə əsasən sistemin qurulması, izlənməsi və aşkarlanan uyğunsuzluqların aradan qaldırılması üçün lazimi tədbirlərin görülməsi;
  • Keyfiyyət İdarəetmə Sistemi üzrə audit planının hazırlaması və mütəmadi yoxlamaların aparılması;
  • Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
  • Şöbə rəhbərinin tapşırıq və sərəncamlarının yerinə yetirilməsi;

CV-lərinizi elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq. 

Əmək haqqı bazarda olan təkliflər arasında rəqabətli səviyyədə təklif olunur.

Email: [email protected]