Anbar xidməti işçisi

  • GENS Elektrik
  • Elanın qoyulma tarixi: 27.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Məhsulları əl və ya əl arabası, forklift, birbaşa qaldırıcı-nəqledici mexanizmlərdən istifadə etməklə yükləyib boşaltmaq;
  • 50 kq-a qədər (4 dərəcə) və 50 kq-dan artıq (5 dərəcə) yükləri avtomobillərə və nəqliyyat vasitələrinə yükləyib boşaltmaq;
  • Məhsulları daşımaq və anbar daxili kodlaşdırmaya uyğun yerləşdirmək;
  • Malları yük maşınına yığdıqda hərəkətini məhdudlaşdırmaq üçün möhkəmləndirmək;
  • Müştəriləri gülərüzlə qarşılamaq, hər bir müştəriyə prosedura uyğun xidmət göstərmək və müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq;
  • Anbar daxilində sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında yerinə yetirmək.

Tələblər:

  • Komandada işləmək bacarığı;
  • Ağır, iri həcmli məhsullara işləmək qabiliyyəti;
  • Loyallıq və şirkət qaydalarına riayət etmək;

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə 
  • İş rejimi: Tam iş günü (6 gün), gündəlik 8 saat
  • Əmək haqqı: 400- 500 AZN 
  • Yaş həddi: 22-30
  • İş yeri: Dərnəgül

Əlaqə: Qeyd olunmuş şərtlərə uyğun olan namizədlər öz CV-lərini  [email protected] qeyd olunan e-maile göndərə bilərlər.