Mühasib

  • Askona
  • Elanın qoyulma tarixi: 26.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizəd üçün tələblər:

  • Təhsil: Ali
  • Təcrübə: Eyni vəzifədə ən azı 1 il iş təcrübəsi 
  • Yaş: 22-35
  • Dil bilikləri: Rus dili mütləq tələb olunur

İş qrafiki: 5 günlük

Əmək haqqı: İlk 3 ay 600 AZN NET, sonra 800-900 AZN NET

Vəzifə öhdəlikləri:

  • Yerli və Xarici ödəniş tapşırıqlarının internet banking üzərindən edilməsi;
  • Bank, kassa əməliyyatlarının mədaxilinin və məxaricinin 1C proqramında işlənilməsi;
  • Hesab-fakturaların və müqavilələrin hazirlanması, elektron qaimələrin yazılması;
  • Yerli alışların işlənilməsi, idxal üzrə əməliyyatların düzgün icra edilməsinin 1C proqramı üzərindən sənədlərlə yoxlanılması;
  • Mal-material ehtiyatlarının mədaxil-məxaric edilməsinin, anbar qalığının yoxlanılması;
  • Aylıq və gündəlik işləmlərin 1C proqramında işlənilməsi, işlənilmiş digər əməliyyatların yoxlanılması;
  • Debitor və kreditor borc üzrə hesabatların hazırlanması, üzləşmə aktlarının tərtibi;
  • Ayın bağlanması əməliyyatlarına köməklik göstərilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqlarının yerinə yetirilməsi.

İş yeri: Babək prospekti

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Mühasib” adını qeyd etməklə göndərmələri xahiş olunur.

Email: [email protected]