Hüquq məsləhətçisi

  • Embawood
  • Elanın qoyulma tarixi: 15.05.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 16 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.
Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.
Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.
Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

İş yeri  : Bakı, Azərbaycan

Vəzifə adı:   Hüquq məsləhətçisi

İş qrafiki : 

5 günlük / saat 09:00 – 18:00

İşin təsviri :
 

• Cari hüquqi işlərin aparılması
• Müqavilələrin tərtib edilməsi və analizi
• Dövlət orqanları ilə hüquqi əlaqələrin qurulması 
 

Tələblər  :
 

• Ali hüquqi təhsil
• 1 il əlaqəli iş təcrübəsi
• MS Office bilikləri
• Ünsiyyət qurmaq bacarığı
• Mükəmməl Azərbaycan dili
• Rus və İngilis dili biliklərinə üstünlük verilir

Yaş həddi:
             

23-35 yaş

Xahiş olunur CV göndərərkən mövzu yerinə “hüquq məsləhətçisi”  qeyd edib [email protected]  ünvanına göndərəsiniz  . 


 

İşəgötürənin reytinqi