Kiber Təhlükəsizlik üzrə Administrator

  • Azericard
  • Elanın qoyulma tarixi: 20.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Təhlükəsizlik proqram-texniki vasitələrin layihələndirmə, tətbiqi, konfiqurasiyası və idarəedilməsi: (e-mail/web security gateway, PIM/PAM, UEBA, DAM, FIM, DLP) 
  • Proqram-texniki vasitələrin  effektiv idarəedilməsi və səhvlərin aradan qaldırılması üzrə işlərin görülməsi;
  • İKT infrastrukturunun qəza və xətalardan bərpa işlərin görülməsi;
  • Digər mühafizə vasitələri və idarəetmə sistemləri ilə inteqrasiyasının planlaşdırılması, layihələndirməsi və həyata keçirilməsi;
  • Texniki həllərin hazırlanması və modelləşdirilməsi;
  • Yeni məhsulların sınaqdan keçirilməsi;
  • Sistem girişinə nəzarət və informasiya təhlükəsizliyi alətlərindən istifadə edilməsi;
  • İnformasiya təhlükəsizliyi mühafizə vasitələrin həyəcanlarına cavabvermə;
  • Kompetensiya sahəsi üzrə informasiya təhlükəsizliyi insidentlərə cavabvermə prosesində iştirak;
  • İnformasiya təhlükəsizliyi insidentlərinə cavabvermə zamanı “SOC – Security Operations Center” komandasının digər üzvləri ilə əməkdaşlıq;
  • Yeni məhsullar tətbiq olunduqda, onların düzgün istifadə olunması və inteqrasiya üzrə komanda üzvlərinə təcrübənin ötürülməsi (toplanan təcrübənin nümayişi, daxili bilik bazasının doldurulması və müşayiəti);
  • “SOC” xidmətləri çərçivəsində müştərilərə texniki konsultasiyaların həyata keçirilməsi.

Vəzifəyə olan tələblər:

  • Ali texniki təhsil;
  • İnformasiya təhlükəsizliyi vasitələrin (e-mail/web security gateway,PIM/PAM, UEBA, DAM, FIM, DLP həlləri) işləmə prinsipləri haqqında biliklər, yuxarıda göstərilən informasiya təhlükəsizliyi alətlərindən ən azı ikisi ilə inzibatçılıq təcrübəsi;
  • Praktiki informasiya təhlükəsizliyinin prinsipləri (hücumlar və onlardan qorunma metodları) haqqında biliklər, düzgün analiz etmək qabiliyyəti;
  • Administrator səviyyəsində Windows və Linux bilikləri (sistemin yerləşdirilməsi və sazlama, problemlərin aradan qaldırılması, monitorinqin qurulması, informasiya təhlükəsizliyi texniki vasitələrinin jurnalların yoxlanılması, servislərin idarəedilməsi);
  • VBİS haqqında baza bilikləri, ən azı bir VBİS-in(Oracle, Postgres, MS SQL) administrator səviyyəsində biliyi arzu olunandır;
  • Şəbəkə texnologiyaların əsasları haqqında biliklər;
  • Texniki sənədlərin oxuma və təhlil etmə bacarıqları;
  • Məsuliyyət, təşəbbüskarlıq, intensiv iş rejimdə işləmək bacarıqları, komandada işləmək bacarığı;
  • Skript dillərində (Python, PowerShell və Bash) proqramlaşdırma bacarıqları (arzu olunandır)
  • İnformasiya Təhlükəsizliyi sahəsində beynəlxalq sertifikasiya (arzu olunandır)
  • Səlis Azərbaycan, İnqilis (texniki) və Rus (arzu olunandır) dili bilikləri

Namizədlərdən CV-lərini “Kiber Təhlükəsizlik üzrə Administrator” mövzusu ilə göndərmək xahiş olunur. 

Email:  [email protected]

 

İşəgötürənin reytinqi