Elektrik minik avtomobillərinin satış müdiri

  • Onvolt MMC
  • Elanın qoyulma tarixi: 21.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Elektrik avtomobillərin satışının həyata keçirilməsi;
  • Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması (avtomobil sektorunda müştəri bazası olan namizədlərə üstünlük veriləcək);
  • Şirkətlərlə korporativ satış üçün danışıqların aparılması;
  • Potensial müştərilərin araşdırılması və cəlb olunması;
  • Satış hədəflərinə çatmaq üçün strateji planların hazırlanması və həyata keçirilməsi;
  • Aylıq və rüblük satış məqsədlərini hazırlamaq və təşviq etmək;
  • Ətraflı və dəqiq satış hesabatlarının hazırlanması;
  • Bazarda rəqabətin, həmçinin tələb və təklifin qiymətləndirilməsi;
  • Cari və yeni məhsullar üzrə satış həcminin və mənfəətin təxmin edilməsi;
  • Müştəri loyallığını artırmaq, müştərilərin biznes ehtiyaclarını və məqsədlərini daha yaxşı başa düşmək üçün müştərilərlə mütəmadi əlaqələrin qurulması;
  • Satış komandasının yeniliklərə hazırlanması üçün satış üzrə təlim proqramının yaradılması və tətbiq edilməsi.

Tələblər:

  • Ali təhsil
  • Azərbaycan və ingilis dili zəruridir, rus dili arzu olunandır
  •  İş təcrübəsi 3 ildən çox
  • Ofis proqramlarında sərbəst işləmə bacarığı
  • Komandada və individual işləmək bacarığı

İş şəraiti:

  • İş yeri: Baş ofis - Onvolt MMC, Ceyhun Hacıbəyli 194
  • İş qrafiki: 6/7; 10:00 - 19:00
  • Əmək haqqı: razılaşdırma yolu ilə. (Fiks və bonus nuzərdə tutulub)

Əlaqə: +994 51 510 00 07.

Email:  [email protected]