İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Şöbənin fəaliyyət istiqaməti üzrə İllik audit planının, strategiyanın və praktiki audit proqramının hazırlanmasında iştirak edir;
 
	- Risk reyestrinə əsaslanmış audit yoxlaması zamanı aşkar edilən məsələləri müzakirə edir və müvafiq qaydada həll yolları təklif edir;
 
	- İllik Audit planında audit  olunmalı fəaliyyətlərin yoxlamasını həyata keçirir və aşkarlanmış nöqsanların müvafiq meyarlara əsaslanaraq riskin dərəcəsini təyin edir;
 
	- Agentliyin struktur bölmələrində səlahiyyətləri çərçivəsində audit yoxlamalarını müəyyən olunmuş vaxt çərçivəsində həyata keçirir;
 
	- Yoxlamaların həyata keçirilməsi zamanı audit rəylərini sənədləşdirir;
 
	- Audit sahəsində beynəlxalq təcrübənin araşdırılması və Agentliyin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər verir; 
 
	- Özündən aşağı vəzifədə çalışan şöbə əməkdaşları tərəfindən hazırlanmış hesabat və arayışları nəzərdən keçirib rəy və təkliflər verir;
 
	- Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
 
	- Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
 
Tələblər:
	- Ali təhsil (audit, hüquq və iqtisadiyyat ixtisasları üzrə);
 
	- Audit, daxili nəzarət, risk idarəçiliyi sahələrində azı 3 il iş stajı;
 
	- Daxili Audit Standartları haqqında son biliklər və təcrübədə tətbiq etmək bacarığı; 
 
	- Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı; 
 
	- Ofis proqramlarında işləmə bacarığı;
 
	- Azərbaycan dilini səlis və ingilis dilini orta səviyyədə bilməsi.
 
Digər:
	- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
 
	- Vakansiya üzrə müraciətin son müddəti: 20 mart 2023-cü il
 
	- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza
 
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Daxili audit və nəzarət şöbəsi – Böyük Mütəxəssis) qeyd edin.
Email:  [email protected]