Satış Təmsilçisi

İşin təsviri

Öhdəliklər:

  • Mağazada mövcud olan hər bir məhsul çeşidi haqqında məlumatlı olmaq;
  • Müştərilərin tələbatını öyrənmək, məhsul çeşidlərini təqdim etmək və tələbata uyğun olaraq müştərilərə məhsul haqqında ətraflı və dolğun məlumat vermək, düzgün seçim etməyə köməklik göstərmək;
  • Mağazada məhsulların təmiz və səliqəli şəkildə vitrinlərə yığılması, qiymət etiketlərinə, bölmələrə nəzarət etmək;
  • Mağazaya daxil olan məhsulların qəbulunda iştirak etmək, satışa hazırlamaq; 
  • Məhsulların satışında yaranmış problemləri operativ həll etmək;
  • Sosial şəbəkələrdə məhsulların reklamı və ünvanlanan sualların cavablandırılması;
  • Görülən işlərin hesabatını bir başa rəhbərinə düzgün təqdim etmək;
  • Rəhbərliyin göstərilən vəzifə üzrə digər tapşırıqlarının həyata keçirmək.

Tələblər:

  • Təhsil: Orta, Ali
  • İş təcrübəsi: mövcud sahə üzrə minimum 3 il təcrübə
  • Yaş: 25-40 yaş arası
  • Dil bilikləri: Azərbaycan dilində səlis danışıq bacarığı mütləqdir

Xüsusi tələblər:

  • Kollektivdə işləmək bacarığı;
  • Müştərilərlə etik qaydalara riayət etməklə ünsiyyət qurmaq bacarığı;
  • Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olmaq;
  • Müştəriyönümlü, ünsiyyətcil, intizamlı, nəticə üçün işləmək bacarığı.

İş şəraiti:

  • İş saatı: 6 gün 09:00–dan 18:00–dək
  • Əməkhaqqı: 500 AZN + Bonus (KPİ)

Namizədlərdən CV-ləri qeyd olunan email ünvanına göndərməkləri xahiş olunur.

Email:  [email protected]

 

Komando Hərbi Geyim Mağazası tərəfindən digər vakansiyalar