Hüquqşünas

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 14.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
  • İş stajına dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ən azı 2 il iş stajı (dövlət orqanlarında staj arzuolunandır);
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə yüksək səviyyədə;
  • Dil tələbləri: Azərbaycan dilində mükəmməl danışıq (rus və ingilis dilləri arzuolunandır);
  • Azərbaycan Respublikasının Mülki, Əmək, Mülki və İnzibati prosessual qanunvericiliyini, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunlarını mükəmməl bilməlidir;
  • Yüksək qavrama, öyrənmə qabiliyyətinə və komandada işləmək bacarığına malik olmalı, məsuliyyətli, dəqiq və detallara diqqət etməli, hüquqi analiz qabiliyyəti yüksək səviyyədə olmalıdır;
  • Yazı və nitq (natiqlik) qabiliyyətinin yüksək olmalıdır.

Vəzifə funksiyaları:

  • Sığorta ödənişinin tam və ya qismən verilməsi və ya verilməməsindən imtina barədə məktubların və digər hüquqi sənədlərin hazırlanması
  • Hadisələrin tənzimlənməsi ilə əlaqədar aidiyyəti şöbələrdən daxil olmuş sənədlərə hüquqi rəyin verilməsi;
  • Azərbaycan Respublikasının məhkəmələrində qurumun hüquq və qanuni mənafelərini müdafiə etmək, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək və məhkəmələrdə baxılan işlər barədə məruzə etmək;
  • dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər tərəfindən quruma ünvanlanmış və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxmaq və tədbirlər görmək; 
  • qurumun  qanunvericilik bazasının formalaşdırılmasında, mütəmadi olaraq təkmilləşdirilməsində və yenilənməsində, hüquqi təminat işinin aparılmasında iştirak etmək;
  • qurumun fəaliyyəti ilə bağlı mülki, idarələrarası, satınalma və s. xarakterli müqavilələrin hazırlanmasında iştirak etmək, belə müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək; 
  • normativ hüquqi aktlarda quruma həvalə edilmiş tədbirlərin, habelə təşkilati-sərəncamverici aktlarda nəzərdə tutulmuş tədbirlərin (tapşırıqların) icrasını, o cümlədən Dövlət Proqramlarında, Strateji Yol Xəritələrində, Strateji Planlarda və Fəaliyyət Planlarında şöbənin fəaliyyət istiqamətlərinə üzrə uyğun olaraq qeyd olunmuş tədbirləri həyata keçirmək;
  • Şöbənin iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq;
  • qanunvericiliyə uyğun olaraq xidməti məlumatları, dövlət və kommersiya sirrini qorumaq;
  • Şöbəyə  daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada cavablandırmaq;
  • Rəhbərliyin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
  • Rəhbərlik tərəfindən tapşırılmış vəzifələri yerinə yetirmək;
  • Şöbənin icraatında olan işlərlə bağlı aidiyyəti qurumlara müraciətlərin hazırlanması, sənədlərin toplanması və göndərilməsi ilə bağlı işləri həyata keçirmək;
  • Şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək;
  • Şöbədə kargüzarlıq işlərinin aparılmasında iştirak etmək; 

İş şəraiti:

  • Stabil iş;
  • Əmək haqqı razılaşma yolu ilə;
  • İş rejimi: həftə içi 5 gün, iş saatları: 09:00-dan 18:00-dək;
  • İşə qəbul ediləcək şəxs tibbi sığorta ilə təmin edilir, ailə üzvlərinə isə güzəşt tətbiq edilir.

Uyğun namizədlərdən CV-lərini elektron ünvanına “mövzu” hissəsində - vakansiyanın adını qeyd edərək göndərmələrini xahiş edirik.

Email: [email protected]