Mühasib

  • Smart Security
  • Elanın qoyulma tarixi: 14.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mühasibatlıq uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Daxil olan və xaric olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edilməsi;
  • Vergi orqanlarına daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Debitor və kreditor hesablaşmalarının aparılması;
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
  • Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsinin təşkil olunması;
  • İnternet-banking üzrə lazımi əməliyyatların və ödənişlərin icra edilməsi;
  • Ödəniş əməliyyatları hesablarının əlaqələndirilməsi və hesabların təhlilinin hazırlanması;
  • Audit üçün tələb olunan sənədlərin təqdim edilməsi;
  • Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
  • Müqavilələrdə qeyd olunmuş vergi əməliyyatları ilə bağlı bəndlərin, vergi və ödəniş şərtlərinin vergi qanunvericiliyinin tələblərinə uyğunluğununu yoxlamaq və təsdiq etmək;
  • Rəhbərliyin sorğusu ilə zəruri hesabatların hazırlanması, tapşırıqların yerinə yetirilməsi.

Vəzifə üzrə tələblər:

  • Mühasibatlıq/Maliyyə sahəsində bakalavr dərəcəsi;
  • Sahədə minimum 2-5 il iş təcrübəsi;
  • MS Office və 1C 8.3 proqramlarında işləmək bacarığı;
  • Online kargüzarlıq və e-qaime portallardan istifadə etmə bacarığı;
  • Vergi Məcəlləsi, əmək məcəlləsi, maliyyə və mühasibatlıqla bağlı qanunvericiliyi bilməli;
  • Elektron hökümət portalı ilə işləmə qabiliyyəti;
  • ACCA/CFA sertifikatlarından birinin olması üstünlükdür;
  • Səlis Azərbaycan dili biliyi, ingilis və rus dili üstünlükdür;
  • Analitik düşünmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Tapşırıqların müəyyən olunmuş vaxtda və dəqiq icra olunması;
  • Müstəqil qərar verici, məntiqli və dəqiqlik kimi müsbət göstəricilərə malik olması.

 

Email: [email protected]

Smart Security tərəfindən digər vakansiyalar