Əməliyyat Risklərinin İdarə Edilməsi üzrə Assistent

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 13.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Qeyri-maliyyə risklər üzrə iştahanın müəyyən edilməsi, idarə edilməsi və monitorinqi;
  • Risk iştahası üzrə limitlərin pozulması hallarında tədbirlər planının təqdim edilməsi;
  • Fəlakət və ya digər gözlənilməz hallar zamanı bankın normal fəaliyyətini davam etdirmək üçün strategiyaların işlənib hazırlanmasına dəstək;
  • Bankın bütün yeni və mövcud normativ sənədlərinin və məhsullarının nəzərdən keçirilməsi - potensial qeyri-maliyyə riskinin başvermə ehtimalının yoxlanılmasına dəstək;
  • Ssenarilərin təhlil edilməsi və stress testlərin icrası;
  • Bankın fəaliyyətinin davamlı izlənilməsi və qeyri-maliyyə risklərinin baş vermə ehtimalının təhlil edilməsi;
  • Bankdaxili səlahiyyətlərin idarə edilməsi prosesinə nəzarət və səlahiyyət matrisinin vaxtında yenilənməsinə dəstək;
  • Bankın müvafiq funksiyaları üçün qeyri-maliyyə riskləri üzrə tədrisin təmin edilməsi və risk mədəniyyətinin inkişaf etdirilməsi;
  • Bankda RCSA (Risklərin və Nəzarət Mexanizmlərinin Özünü Qiymətləndirmə) proyektinin icrasında dəstək;
  • Risk sahibləri, qarşı tərəflər və maraqlı tərəflərlə daimi əməkdaşlıq;
  • Risklərin idarə edilməsi üzrə idarəetmə sənədlərinin (siyasət və proseduralar) yenilənməsində dəstək;
  • Risk Menecerinin göstərişi üzrə RM təqdimatlarının və hesabatların hazırlanması;
  • Biznes bölmələrinin üzləşdiyi əsas riskləri müəyyən edən və qiymətləndirən risk registrlərini və risk göstəricilərini ehtiva edən müvafiq hesabatların hazırlanması və yenilənməsi;

Sizdən nə tələb olunur?

  • Təhsil: iqtisadiyyat, statistika, analitika, risklərin idarəedilməsi, informasiya texnologiyaları və ya digər müvafiq sahələrdə bakalavr dərəcəsi.
  • Təcrübə: müvafiq sahə üzrə minimum 0-1 il təcrübə.
  • Xarici dil: ingilis (yaxşı), rus (arzuolunandır).
  • Kompüter bilikləri: "Microsoft Office" proqramları.
  • Digər: güclü analitik və problem həll etmə bacarıqları ilə yanaşı risk qiymətləndirmə bacarıqları, qərar qəbul etmə, hesabat hazırlama, güclü yazılı və şifahi ünsiyyət, münaqişələrin həlli bacarıqları.
  • Üstünlük verilir: bankın məhsul və xidmətləri barədə məlumatlılıq, Mərkəzi Bankın təlimatları ilə işləmə bilikləri, daxili nəzarət və ya audit təcrübəsi əlavə üstünlükdür.

https://glorri.com/pashabank/63eb2518d6c16f431fd3e34b-%C6%8Fm%C9%99liyyat%20Riskl%C9%99rinin%20%C4%B0dar%C9%99%20Edilm%C9%99si%20%C3%BCzr%C9%99%20Assistent?sources

İşəgötürənin reytinqi