İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Elektrik işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək;
- Sənaye təyinatlı və digər bina və obyektlərdə elektrik quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq
- Sənaye bina və tikililərinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;
- Elektrik yükünün hesablanması;
- Sifarişçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;
- Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi;
- Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək;
Namizədə tələblər:
- İxtisası üzrə ali təhsil;
- Müəssisənin enerji təchizatının təşkilini, elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismarı hesablama qaydasının bilməli;
- Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını bilmək;
- Elektrik sxemlərini tərtib etmək bacarığı;
- Sxemlərə uyğun elektrik şəbəkələrinin montaj aparmaq bacarığına üstünlük verilir;
- Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
- Azərbaycan və Rus dil biliyi, orta İngilis dili biliyi;
- COMPEX sertifikatı olana üstünlük verilir
Əmək haqqı müsahibə əsasında təyin olunacaq
Maraqlananlar əlavə olunmuş CV-lərini subject yerində “Elektrik ustası” qeyd edərək [email protected] elektron unvanına göndərə bilərlər.