Qrafik Dizayner

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 12.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə 2-4 illik iş təcrübəsi;
  • Adobe Photoshop, Adobe Illustrator, Corel Draw proqramlarında işləməyi bacarmalı;
  • Daim yenilənən dizayn trendlərini izləməli və cari trendləri gündəlik işlərdə tətbiq edə bilməli;
  • Reklam materiallarını yaxından tanımalı;
  • İngilis və rus dili biliyi arzuolunandır;
  • Komanda ilə çalışma qabiliyyəti olmalı;
  • Mətbəə və reklam istehsalatı şirkətlərində iş təcrübəsi olması üstünlükdür.

İş haqqında:

  • Jurnal və müxtəlif dizayn işlərinin hazırlanması;
  • Məhsul, Reklam ve Kampaniya Brieflerinə görə dizaynların hazırlanması;
  • Dizaynların müxtəlif proqramlara çevrilməsi, satış-məhsul kataloqlarına məlumatların yerləşdirilməsi;
  • Endirim broşürü ilə bağlı mağazaların daxilində və xaricində (yazılı və video materiallar) reklamların hazırlanılması, montajının təşkili və ona nəzarət edilməsi;
  • Sosial media hesabları üçün postların hazırlanması;
  • Reklam şirkətləri və mətbəələr ilə əməkdaşlıq;
  • Etiketlərin çap edilməsini, maketlərinin hazırlanmasını və dizayn yeniliklərinin təqibi;
  • Satış ve məhsul kataloq dizaynlarının konseptlərinin hazırlanması;
  • Hazırlanan yeni məhsul konseptlərinin və məhsul strategiyası planlarının tətbiq edilməsi.

İş şərtləri: Həftəiçi 5 gün, saat 09:00-18:00-dək

İş yeriBakı şəh., Binəqədi ray.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Qrafik Dizayner” qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi