Hüquqşünas

İşin təsviri

Əmək funksiyaları:    

  • Şirkətə daxil olmuş müqavilələrin, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hüquqi ekspertizasını həyata keçirmək, onların qanunvericiliyə uyğunluğunu yoxlamaq;
  • Sənədlərə (layihələrə), o cümlədən beynəlxalq müqavilələrə rəy və təklifləri hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
  • İdarənin fəaliyyətindən irəli gələn və ya onunla bağlı olan hüquqi məsələlərə dair yazılı və ya şifahi hüquqi rəylərin təqdim edilməsi;
  • İdarənin müxtəlif məhkəmə instansiyalarında nümayəndə qismində təmsil edilməsi;
  • Müqavilələrin, nizamnamələrin, əmrlərin, məktubların və digər hüquqi sənədlərin hazırlanması;
  • Şirkətin struktur bölmələr tərəfindən hazırlanan müqavilələri təhlil etmək.

Vəzifənin tutulması şərtləri:

  • Ali hüquqi təhsil;
  • Azı 2 il iş stajı;
  • Azərbaycan Respublikasının qanunlarını, şəhərsalma və tikinti məcəlləsini, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi bilməli;
  • MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı. 

İş barədə məlumat:

  • Daimi iş yeri Tərtər şəhəri
  • İş qrafiki: 5 gün (şənbə və bazar istirahət günü) saat 09:00-dən 18:00-dək
  • Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə

CV-nizi müraciət et bölməsində qeyd olunan e-mail ünvanına göndərməyiniz xahiş olunur. Mövzu yerinə vakansiyanı və əmək haqqı gözləniləntisini qeyd edin.

Email:  [email protected]