Daxili Auditor

İşin təsviri

İş yeri: Bakı şəhəri, Hyatt Tower 3

Vakansiyanın təsviri:

  • Audit layihəsi çərçivəsində həvalə edilmiş audit prosedurlarını həyata keçirmək (audit obyektindən məlumatı toplamaq, analiz etmək, sənədləşdirmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə məlumat vermək;
  • Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkət rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək;
  • Şirkətin dövri əsas vəsait və mal-material sayımında iştirak etmək və nöqsanları müəyyən etmək;
  • Audit hesabatının hazırlanmasında iştirak, müvafiq dəstəkləyici məlumatların toplanması və sənədləşməsinin aparılması;
  • Rəhbər tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.

Xüsusi tələblər:

  • Biznesin idarə edilməsi, İqtisadiyyat ,Mühasibat uçotu və audit və digər əlaqədar ixtisaslar üzrə bakalavr və ya magistr təhsili;
  • Audit sahəsinə aid nəzəri biliklər;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
  • Müvafiq beynəlxalq peşəkar sertifikatların (ACCA, CIA və s) ilkin mərhələlərini bitirməsi üstünlükdür;
  • Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları, 1C və s.) ilə işləmək baçarığı;
  • Ezamiyyələrdə iştirak etmək imkanı;
  • Azərbaycan dilində mükəmməl yazı və danışıq qabiliyyəti və Rus dilini orta səviyyədə bilməsi.
  • Məqsədlərinizə çatmaq üçün şəxsi inkişafınıza dair - korporativ kitabxana;
  • Rahat işləməyiniz üçün noutbuk;
  • Müvafiq komandada maraqlı iş;
  • Karyera və inkişaf. Biz işçilərin şəxsi və peşəkar inkişafını təşviq edirik;
  • Maraqlı və innovativ iş mühiti;
  • Gələcəyə fokuslanmış və mehriban atmosfer;
  • Qanunvericiliyə uyğun olaraq və şəxsi ehtiyaclar əsasında illik məzuniyyət.

 

Email:  [email protected]  

İşəgötürənin reytinqi