İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Cəmiyyətin orta və uzunmüddətli dövr üçün iqtisadi proqnoz göstəricilərini işləyib hazırlamaq;
- Cəmiyyətin fəaliyyətinin nəticələrinin təsdiq edilmiş büdcəyə uyğunluğunun monitorinqi həyata keçirmək;
- Maddi, əmək və maliyyə vəsaitlərinin minimal sərfi ilə rentabellik səviyyəsinin artırılmasının təmin edilməsi məqsədilə tədbirlər planının hazırlanmasında iştirak  etmək; 
- Cəmiyyətin fəaliyyət növləri üzrə tariflərin və yığım dərəcələrinin işlənib hazırlanmasında iştirak etmək;
- Cəmiyyətin biznes planlarının və iqtisadi fəaliyyətinin normativ sənədlərinin hazırlanmasında iştirak etmək;
- Yeni açılan marşrutlar üzrə reyslərin və sifarişli (çarter) reyslərin xərclərini hesablamaq.
Namizədə olan tələblər:
	- Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, Mühasibatlıq və İqtisadiyyat üzrə);
- Analoji sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Dil bilikləri: azərbaycan dili - əla, ingilis dili – yaxşı;
- Kompüter bilikləri: excel-yaxşı, word-yaxşı, outlook –yaxşı, 1C-yaxşı.
Şəxsi keyfiyyətlər:
	- Fikrini izah etmək qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- İşə planlı yanaşma;
- Analitik düşüncə və problemi operativ həll etmə qabiliyyəti;
- Öz üzərində daima çalışma. 
Üstünlüklər:
	- Rus dili biliyi;
- İFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər və sertifikatlar;
İş rejimi: 
	- Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək;
- Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
- Qeyd: Ofis Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir. 
- Nəqliyyat (xidməti avtobus) şirkət tərəfindən təmin olunur.
 
https://www.azal.az/az/company/career