Məlumat mərkəzi üzrə Mütəxəssis (Resepşn)

İşin təsviri

Bizim üçün uyğun namizəd:

  •  Ali təhsilli;
  •  Azərbaycan dilində dəqiq və səlis danışıq qabiliyyəti olmalıdır; 
  • Rus dili mütləqdir, İngilis dili arzuolunandır;
  •  Xoş görünüşlü, gülərüz və ünsiyyətcil olmalıdır;
  •  İşində məsuliyyətli və dəqiq olmalıdır;
  •  Komandada işləmə bacarığı olmalıdır;
  •  MS Office proqramlarında işləmə bacarığı olmalıdır; 
  • Kargüzarlıq (sənədləşmə) qaydalarını bilməlidir .

Hansı işləri görəcəksiniz:

  • Məlumat Mərkəzinə daxil olan zəngləri qəbul etmək, qeydiyyatını aparmaq və cavablandırmaq;
  • Telefon zənglərinin uyğun struktur bölmələrə yönləndirilməsi;
  • Şirkətə gələn qonaqların qarşılanması və uyğun struktur bölmələrə yönləndirilməsi;
  • Mütəmadi olaraq şirkətin elektron ünvanına daxil olan məktubları izləmək, prioritetə görə qeydlərini aparmaq və aidiyyəti ünvanlara yönləndirmək;
  • Şirkətlərimizə gələn məktublar və zərflərin qəbul edilməsi, qeydiyyatının aparılması və müvafiq struktur bölmələrə yönləndirilməsi.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı. 

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) və tibbi sığorta ilə təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Məlumat mərkəzi üzrə Mütəxəssis (Resepşn) yazaraq 10.03.2023 il tarixinədək göndərməsi xahiş olunur. 

Email: [email protected]