İşin təsviri
Namizədə qoyulan tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
- Alqoritmik və analitik düşünmə qabiliyyəti
- Orta səviyyədə proqramlaşdırma bilikləri (C#, Java, Python dillərindən biri üzrə)
- Təməl SQL bilikləri
- REST, HTTP, API, XML, JSON anlayışlarına hakim olma
- Task management sistemləri ilə tanışlıq (Trello/Jira)
- Mobile Automation Testing anlayışı (Selenium, Appium)
- Test ssenarilərin yazılması üzrə biliklər
- Postman və Swagger ilə işləmə bacarığı
- Texniki səviyyədə ingilis dili biliyi
Vəzifə öhdəlikləri:
- Web və mobil tətbiqlərin manual və avtomatlaşdırılmış testi;
- Ödəmə sisteminə qoşulan xidmətlərin funksionallığının testi;
- Yeni və mövcud məhsullar üçün test proseslərinin hazırlanıb tətbiq olunması;
- Texniki işlərin sənədləşməsi;
- Avtomatlaşdırılmış test skriptlərin hazırlanması və nəticələrin yoxlanması;
- Ödənişlərdə yaranan problemlərin araşdırılması, qarşılarının alınması üçün tədbirlərin görülməsi;
- Məhsulların analizi, keyfiyyətin yoxlanması və xətaların aradan qaldırılması üçün tədbirlərin görülməsi;
- Keyfiyyəti təmin edən göstəricilərin izlənilməsi.
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “MPAY mobil tətbiqi üçün QA tester” yazılmalıdır.
Email: [email protected]