Kredit mütəxəssisi

  • Molbulak BOKT
  • Elanın qoyulma tarixi: 04.05.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“MOL BULAK BOKT” MMC

Yaş 23-35

Əmək haqqı: 300-400

İxtisas:

• maliyyə / iqtisadiyyat sahəsində ali və ya orta ixtisas təhsili;
• bank və ya bank olmayan kredit təşkilatında iş təcrübəsi (arzu olunandır);
• gəlir və zərər, pul və saitlərinin hərəkəti, balans hesabatlarını hazırlama bacarığı;
• kompüterdə işləmə vərdişləri: Word, Excel və s.;
• yüksək səviyyədə Azərbaycan dilini bilmək;
• insanların xasiyyətinin xüsusiyyətlərini təhlil etmə bacarığı;
• ünsiyyətqurma və vaxtı idarəetmə bacarıqlarının olması;
• müstəqil şəkildə, eyni zamanda komandanın bir hissəsi olma bacarığı;
• işdə peşəkarlıq, xidməti ezamiyyətlərə çıxma hazırlığı;
• yüksək səviyyəli məsuliyyət və ləyaqət.

İşin təsfiri:

Kredit mütəxəssisi bilavasitə Şirkətin müştəriləri ilə işləyir və onlarla olan əlaqələrdə Şirkətin "simasıdır".Ona görə də, o, müştərilərlə əlaqələrdə özünü peşəkar aparmalı və belə görünməlidir.Kredit mütəxəssisi yeni müştərilər cəlb edir, müştərinin kredit almaq üçün müraciətinin yaxşı düşünülmüş və əsaslandırılmış olduğunu müəyyənləşdirir, müştəri ilə elə işləyir ki, onun həyatı və ticarətində baş vermiş istənilən dəyişikliklərdən xəbərdar olsun, borclunun maliyyə vəziyyətini yoxlayır.Kredit verilməsində Kredit mütəxəssisi məsuliyyətli kreditləndirmə prinsiplərini rəhbər tutur və həmişə çalışmalıdır ki, kredit müştəriyə yalnız müsbət dəyişikliklər gətirsin və ona əlavə yük təşkil etməsin.Kredit mütəxəssisi portfelin keyfiyyətini yüksək səviyyədə saxlamağa borcludur.Kredit mütəxəssisi müştərilər tərəfindən Şirkətə olan inam, hörmət və etibara xidmət etməli və müştərilərə zəmanət verməlidir ki, onların bütün şəxsi və maliyyə işləri ciddi məxfidir.

Kredit mütəxəssisinin öhdəlikləri və məsuliyyəti:

1. Müştəriləri məlumatlandırıcı görüşlər, təlimlər keçirmək və digər üsullarla cəlb etmək;
2. Potensial müştərilərin doğruluğu, məsuliyyəti, ödəmə qabiliyyəti, sahibkarlıq bacarıqları, ticarət aparma təcrübəsi, mülkiyyətə malik olmasının və onlar haqqında rəyləri tədqiqatlar, sorğular və məlumatlar, əldə olunmuş məlumatların öyrənilməsi, hesablanması və ticarət-planları vasitəsilə dəqiqliklə tədqiq edilməsi;
3. Potensial müştərilərə Şirkətin hədəf və məqsədlərini, kreditalma və qruptəşkiletmə yollarını izah edilməsi;
4. Siyasət və prosedurlara uyğun şəkildə yeni qruplar və təkrar qruplarla ilzami görüşlərin keçirilməsi;
5. Keyfiyyətli birgə məsuliyyət qruplarının hazırlanması, qrupborclarının vaxtlı-vaxtında qaytarılmasının monitorinqini aparma və təmin etmə;
6. İşdə ən nəticə verən ticarət proseslərindən istifadə etmə;
7. Kiçik ticarətin yaxşı təcrübələrini daim öyrənmək və bu bilik və fikirləri müştərilərə çatdırmaq;
8. Müştəriyə aid olan məlumatların təhlili və qiymətləndirilməsi vasitəsilə və "Zərərvermə" prinsipindən istifadə etməklə kredit, maliyyə məlumatlarını təhlil etmə;
9. Müştərilər tərəfindən sorğuda bildirilən məlumatların həqiqiliyinin yoxlanması;

Əlaqə:012 488 0510

[email protected]