Sifariş Qruplama Mütəxəssisi

  • AVT Logistics
  • Elanın qoyulma tarixi: 06.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müştərək şirkətlərin local müştərilərinin sifarişlərinin qruplanmasını icra etmək;
  • Yük maşınların qəbul etdiyi çəkiyə və digər göstəricilərə əsasən əraziyə uyğun izlənilməsini təmin etmək;
  • Müştəri məlumat və koordinatlarının , sürücü məlumatlarının və yük avtomobili məlumatlarnı TMS proqramına daxil etmək;
  • Günlük olaraq sürücü motivasiyasının işlənərək ayın sonunda raporun hazırlanmasını təmin etmək;
  • Günlük olaraq ərazidən gələn problemlər , maliyyət ,əlavə və ya az yürüş etmiş sürücü raporlarını hazırlamaq;
  • Əlavə və ya az yürüş etmiş sürücüləri proqram üzərindən araşdıraraq səbəblərini qeyd etmək;
  • Korporativ prosedurlar çərçivəsində rəhbərləri tərəfindən verilmiş digər tapşırıqları icra etmək;

Tələblər:

  • Komandada işləmək bacarığı;
  • Problemləri həll etmə bacarığı və punktuallıq; 
  • Yüksək analitik təhlil qabiliyyəti;
  • MS Office proqramları biliyi (yüksək səviyyədə);
  • Hesabatlılıq ;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Endirimli tibb xidməti;
  • Mobil nömrə və telefon limiti.

 

İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
İş təcrübəsi: 2-3 il.
Təhsil: Ali təhsil
Yaş həddi: 22-28

İş qrafiki: 5 günlük, 14:00- 21:00

Müraciət qaydaları:   [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Sifariş qruplama mütəxəssisi” yazmaqla CV göndərərək müraciət edilir.