Logistika planlama üzrə mütəxəssis

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 06.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Logistika, iqtisadiyyat, planlama və yaxın sahələr üzrə ali təhsil;
  • Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
  • Logistika sistemini yaxşı tanımalı;
  • Anbarlama, nəqliyyat və daşıma fəaliyyətlərini bilməli;
  • Tədarük zənciri proseslərini yaxşı tanımalı;
  • Yerli və xarici tədarükçüləri tanımalı;
  • Planlama və performans qiymətləndirmə və ölçmə prinsiplərini bilməli.

Vəzifə izahatı:

  • Şirkət strategiyası və fəaliyyətlərinə uyğun logistika xidmətlərini planlamaq;
  • Müştərilərdən gələn sifarişləri qəbul etmək, qeydiyyatını aparmaq, sifarişləri aidiyyatı bölümlərə bildirərək lazım olan koordinasiyanı təmin etmək; 
  • Gələn sifarişin ən doğru formada planlanması üçün ERP vasitəsi ilə gərəkli olan hesablamaları həyata keçirmək;
  • Stok nəzarətini icra etmək və varsa əskiklərin aradan qaldırılmasını təmin etmək;
  • Gələn sifariş miqdarına görə zaman və resurs planlamasını həyata keçirmək;
  • Sifarişin durumuna nəzarət etmək və buna bağlı çatdırılma işlərinin müştərinin istəyi istiqamətində icra edilib edilmədiyini yoxlamaq;
  • Sifariş prosesində aidiyyatı bütün bölümlərin performanslarını yoxlamaq və buna bağlı məlumatlandırmaları etmək;
  • Doğru KPİ -lar paketi hazırlayaraq rəhbərliyə təqdim etmək, həmçinin performans qiymətləndirmə nəticələrini izləmək;
  • Dövri anbar sayımlarını planlamaq və sayım proseslərinin aparılması üçün müraciət etmək;
  • Sayımların şirkət tərəfindən müəyyən olunan düzgünlük qaydalarına uyğun olmasını izləmək;
  • Anbar proseslərinin müəyyən olunmuş planlara uyğun olmasını izləmək;
  • Geri qaytarma və məhv etmə (iadə -imha) proseslərini izləmək;
  • İşçi, anbar və avadanlıqların illik texniki xidmət planını hazırlamaq;
  • Çatdırılma və anbar maliyyə xərclərini planlamaq;
  • Anbar funksiyalarının daha sürətli və təhlükəsiz icrası üçün rəhbərliyə təkliflər vermək.

İş şərtləri: Həftəiçi 5 gün, saat 09:00-18:00-dək

İş yeri: Bakı şəh., Binəqədi ray., Dərnəgül qəs. 108.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin “Logistika Planlama üzrə mütəxəssis” qeyd olunmalıdır) göndərə bilərlər və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər. 

İşəgötürənin reytinqi