Əməliyyat Risklərinin İdarə Edilməsi üzrə Baş Mütəxəssis

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 04.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Qeyri-maliyyə risklər üzrə iştahanın müəyyən edilməsi, idarə edilməsi və monitorinqi;
  • Risk iştahası üzrə limitlərin pozulması hallarında tədbirlər planının təqdim edilməsi;
  • Fəlakət və ya digər gözlənilməz hallar zamanı bankın normal fəaliyyətini davam etdirmək üçün strategiyaların işlənib hazırlanması;
  • Bankın bütün yeni və mövcud normativ sənədlərinin və məhsullarının nəzərdən keçirilməsi - potensial qeyri-maliyyə riskinin başvermə ehtimalının yoxlanılması;
  • Ssenarilərin təhlil edilməsi, stress testlərin icrası və icrasına nəzarət;
  • Risklərin təhlili zamanı potensial itkilərin hesablanması və insidentlər ilə üzləşdirilməsi;
  • Əməliyyat risklərinin bankın kapitalına olan təsirinin hesablanmasına dəstək;
  • Risk iştahası bəyannaməsi (RİB) limitlərinin və tolerantlıq səviyyəsinin pozulmasının və statusunun davamlı nəzərdən keçirilməsi;
  • İnsidentlərin və risklərin idarəedilməsi sisteminə daxil olan sorğuların vaxtında və operativ şəkildə icrası;
  • Insidentlər üzrə müvafiq hesabatların hazırlanması;
  • Audit hesabatları ilə iş - aşkarlanmanın və təbdirlər planının dəyərləndirilməsi, risk səviyyəsinin qiymətləndirilməsi, lazımi halda məsul şəxslərdən əlavə tədbirlər planının tələbi, auditlə yekun nəticələrin razılaşdırılması;
  • Yeni strateji təşəbbüslər, layihələr və xidmətlər üzrə təkliflərdə qeyri-maliyyə risklərinin müəyyən edilməsinə və qiymətləndirilməsinə yekun rəyin verilməsi;
  • "PAŞA Qrup" dan göndərilən sənədlərin nəzərdən keçirilməsi;
  • Bank məhsulları ilə bağlı limitlərin təyin edilməsinə yekun rəyin verilməsi;
  • Səlahiyyət matrisinin yenilənməsi və müntəzəm olaraq əlavərin edilməsinə nəzarət; matrisə səlahiyyətlərin daxil edilməsi üçün əməliyyat təlimatlarının hazırlanması;
  • Bankın müvafiq funksiyaları üçün qeyri-maliyyə riskləri üzrə tədrisin təmin edilməsi və s.

Sizdən nə tələb olunur?

  • Təhsil: iqtisadiyyat, statistika, analitika, risklərin idarəedilməsi, informasiya texnologiyaları və ya digər müvafiq sahələrdə bakalavr dərəcəsi.
  • Təcrübə: minimum 3-5 il Bank sahəsi üzrə təcrübə.
  • Xarici dil: ingilis (yaxşı), rus (arzuolunandır).
  • Kompüter bilikləri: "Microsoft Office" proqramları.
  • Digər: güclü analitik və problem həll etmə bacarıqları ilə yanaşı risk qiymətləndirmə bacarıqları, qərar qəbul etmə, hesabat hazırlama, güclü yazılı və şifahi ünsiyyət, münaqişələrin həlli bacarıqları.
  • Üstünlük verilir: risklərin qiymətləndirilməsi üzrə təcrübə, Mərkəzi Bankın təlimatları ilə işləmə təcrübəsi, proseslərin təhlili, daxili nəzarət və ya audit təcrübəsi əlavə üstünlükdür.

 

https://glorri.com/pashabank/63dd2f26abd87f5c08f07fac-%C6%8Fm%C9%99liyyat%20Riskl%C9%99rinin%20%C4%B0dar%C9%99%20Edilm%C9%99si%20%C3%BCzr%C9%99%20Ba%C5%9F%20M%C3%BCt%C9%99x%C9%99ssis?sources=JobSearch

İşəgötürənin reytinqi