İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 04.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Qeyri-maliyyə risklərinin idarə edilməsi üzrə daxili siyasətlər, proseduralar, qaydalar və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və icra edilməsi;
  • Bütün səviyyələrdə biznes üçün xarakterik qeyri-maliyyə risklərinə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və icrasına nəzarət;
  • Bütün maraqlı tərəflərə, risk koordinatorlarına vaxtında dəstəyin göstərilməsinə nəzarət;
  • Bütün risklərin və hadisələrin aşkarlanması, ilkin diaqnozu və prioritetliyinin effektiv və ardıcıl tətbiq olunmasının təmin edilməsinə, onların risk reyestrinə əlavə olunmasına nəzarət;
  • Bankın yeni və mövcud sənədlərinə və məhsullarına baxış - potensial qeyri-maliyyə riskinin baş vermə ehtimalının yoxlanılması;
  • Əməliyyat riskləri ilə əlaqəli daxili audit nəticələrinin araşdırılmasında iştirak;
  • İnsan səhvlərinin təhlili layihəsi: insan səhvləri boşluqlarını müəyyən etmək üçün texniki olmayan halların monitorinqi və təhlili;
  • Bankın kapitalına əməliyyat riskinin təsirinin hesablanmasının dəstəklənməsi;
  • Daxili zərər (realised loss) bazasının hazırlanması, gözlənilən itkilərin hesablanması;
  • Müvafiq hesabatların (departament daxili və idarə etmə hesabatları) hazırlanmasına nəzarət və hazırlanan hesabatların rəhbərliyə göndərilməsi;
  • Qeyri-maliyyə risklərinə aid olan hissədə RHI-nin (Risk Sağlamlıq İndeksi) artması üzrə təkmilləşdirmə işlərinin aparılması;
  • RCSA (Risklərin və Nəzarət Mexanizmlərinin Özünü Qiymətləndirmə) prosesində dəstək.

Sizdən nə tələb olunur?

  • Təhsil: iqtisadiyyat, statistika, analitika, risklərin idarəedilməsi, informasiya texnologiyaları və ya digər müvafiq sahələrdə bakalavr dərəcəsi.
  • Təcrübə: 3 ildən çox bank və ya BOKT təcrübəsi
  • Xarici dil: ingilis (yaxşı), rus (arzuolunandır).
  • Kompüter bilikləri: "Microsoft Office" proqramları.
  • Bazar biliyi: bank və ya BOKT işi üzrə biliklər.
  • Digər: əməliyyat riskləri, "Basel 2" tələbləri, Mərkəzi Bank tələbləri, başlanğıc səviyyədə İT bilikləri.
  • Üstünlük verilir: daxili audit və daxili nəzarət, əməliyyat risklərin idarəedilməsi üzrə iş təcrübəsi; müvafiq sahədə sertifikatların mövcudluğu əlavə üstünlükdür.

 

https://glorri.com/pashabank/63dd34b3abd87f66e4f08090-%C4%B0nsidentl%C9%99rin%20%C4%B0dar%C9%99%20Edilm%C9%99si%20%C3%BCzr%C9%99%20Ba%C5%9F%20M%C3%BCt%C9%99x%C9%99ssis?sources

İşəgötürənin reytinqi