Sürücü

İşin təsviri

İş şərtləri:

  • Stabil iş
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq
  • İş cədvəli dəyişkən ola bilər
  • İstirahət: Bazar günü
  • İcbari  sığorta
  • Komfort iş şəraiti
  • Perspektivli iş
  • Mehriban kollektiv

Sürücüyə aid tələblər:

  • Bu sahə üzrə 3-5 il iş təcrübəsi olmalıdır;
  • “B” kateqoriyalı sürücülük vəsiqəsi;
  • Azərbaycan, rus dilini bilməli;
  • Nərimanov ərazisində və ya yaxınlığında qalmaq;
  • Bakı şəhərini və regionları yaxşı tanımalı;
  • Sağlam, intizamlı, məsuliyyətli, çalışqan, diqqətli, ehtiyatlı, ünsiyyətcil, nəzakətli olmalıdır;
  • Tək və komandada işləmə bacarığı olmalı;
  • Avtomobil quruluşu üzrə yaxşı biliklər;
  • Yol hərəkəti qaydalarını bilməli və onlara əməl etməlidir;
  • Əmək intizamının yüksək olması;
  • Təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi.

Bilməlidir:

  • Yol hərəkəti qaydalarını və yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimə sanksiyalarını;
  • İdarə etdiyi nəqliyyat vasitəsinin ümumi və əsas texniki xarakteristikasını,cihazların göstəricilərini, idarəetmə elementlərini;
  • Nəqliyyata baxışın, salona və kuzova xidmətin şərtlərini, nəqliyyatdan uzun müddət istifadə edilməsi üçün onun saz vəziyyətdə saxlanılması qaydalarını;
  • Növbəti texniki baxışın və texniki xidmətin müddətini, avtomobilin istismar təlimatına uyğun digər istifadə qaydalarını;
  • Daxili intizam qaydalarını; 
  • Əməyin mühafizəsinin qayda və normalarını.

Vəzifə öhdəlikləri:

  • Rəhbərlik tərəfindən verilən tapşırığı tam və vaxtında yerinə yetiriməlidir;
  • İşinə aid olan peşə öhdəliklərini yerinə yetirməli;
  • Hər gün işə başlamazdan əvvəl bütün lazımi sənədlərin (sürücülük vəsiqəsi, idarə olunan nəqliyyat vasitəsinin texniki pasportu, etibarnamə, icbari sığorta haqqında şəhadətnamə, yanacaq kartını, reklamdan istifadə üçün icazə) qaydasında olmasına nəzarət edilməsi;
  • Avtomobilin peşəkar idarə edilməsini təmin etmək, sərnişinlərin maksimum təhlükəsizliyi və sağlamlığını qorumaq, avtomobili texniki cəhətdən saz saxlamaq;
  • Sərnişinlərin tələblərini vaxtında yerinə yetirməli; Sərnişinlərin telefon zənglərinə cavab verməli və sorğularını cavablandırmalı; 
  • Zərurət olmadıqla səs siqnalından istifadə etməmək, qəfil ötmə əməliyyatını həyata keçirməmək;
  • Yolda müəyyən edilmiş maksimum hərəkət sürətini aşmamaq;
  • İstənilən halda, hətta minimal müddətə belə avtomobili nəzarətsiz qoymamaq;
  • Avtomobil dayandıqda və hərəkət zamanı qapıları bağlı saxlamaq;
  • Avtomobilin texniki vəziyyətinə nəzarət etmək, daima avtomobilə texniki xidmət göstərmək;
  • Avtomobilin mühərrikini, kuzovunu və salonunu təmiz saxlamaq;
  • Müəssisə rəhbərinin göstərişlərini ciddi surətdə yerinə yetirmək, avtomobilin vaxtında çıxışını təmin etmək;
  • Öz sağlamlığı və əhval-ruhiyyəsi barədə birbaşa rəisinə dəqiq informasiya vermək;
  • İşdən əvvəl və iş prossesində alkoqol, psixotrop, yuxugətirici,  antidepressiv və sair diqqəti, reaksiyanı və iş qabiliyyətini azaldan madələr qəbul etməmək;
  • Rəhbərliyin razılığı olmadan avtomobildən şəxsi məqsədlər üçün istifadə etmək qadağandır;
  • Hər gün avtomobilin kilometrajını, istifadə etdiyi yanacağın miqdarını qeyd edib, rəhbərliyə təqdim etməlidir;
  • Ətrafdakı nəqliyyat vasitələrinin hərəkətinə diqqət yetirməlidir;
  • İş vaxtı işdən kənar fəaliyyətlə məşğul olmamalıdır;
  • Ezamiyyətdən qayıdarkən xidməti maşını şirkətin ofisindəki parklama yerində saxlamalı!;
  • Parklama xidmətindən sonra ödəniş haqqında qəbzi aidiyyəti şöbəyə təqdim etmək;
  • Gördüyü işlərə və vurduğu ziyana görə məsuliyyət daşıyır;
  • İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
  • Görülən işlər barədə hesabatlar təqdim etməli;
  • İşinin icrası ilə əlaqədar digər öhdəlikləri yerinə yetirməlidir.
  • Əməyin mühafizəsi və yanğından mühafizə normaları, texniki təhlükəsizlik, əmək və nizam-intizam qaydalarına riayət etməlidir.

Qeyd:

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
  • Göstərilən  tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində  “Sürücü”  göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
  • Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
  • Xahiş olunur, “Caspian Services Group” MMC-nin saytında olan nömrələrə zəng vurmayasınız. Aidiyyəti üzrə qeyd olunan email ünvanına müraciət edəsiniz.

 

İş rejimi: Tam

İşə başlama tarixi: Mümkün qədər tez

İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 103 (Şəhərin mərkəzində ofis)

Email: [email protected]

Caspian Services Group tərəfindən digər vakansiyalar