İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Şöbənin fəaliyyətinin təşkil edilməsi və ona rəhbərlik edilməsi;
 
	- Təşkilatın bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunun təmin edilməsi;
 
	- Mülki, maliyyə, vergi, əmək və başqa sahələr üzrə qanunvericiliyin təhlili və tətbiqinə nəzarətin həyata keçirilməsi;
 
	- Müvafiq əsasnamə, qayda, təlimat, əmr, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanması;
 
	- Hüquqi məsələlər üzrə dövlət orqanları ilə qarşılıqlı münasibətlərin təşkil olunması, müvafiq müraciətlərə hüquqi rəyin verilməsi;
 
	- Yaranan mübahisələrin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına dair tədbirlərin görülməsi üçün təkliflərin verilməsi;
 
	- Məhkəmə və icraat işlərinin hüquqi təminatına nəzarətin həyata keçirilməsi;
 
	- Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsinə nəzarətin həyata keçirilməsi;
 
	- Şöbənin fəaliyyəti ilə bağlı daxili qaydalarının hazırlanması;
 
	- Şirkət rəhbərliyinə hesabatlar vermək
 
Tələblər:
	- Təhsil: Ali (hüquq sahəsi üzrə)
 
	- Hüquq sahəsində 5 ildən yuxarı iş təcrübəsi, o cümlədən 2 ildən yuxarı idarəetmə təcrübəsi;
 
	- Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı;
 
	- Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
 
	- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
 
	- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
 
	- Dil bilikləri: Azərbaycan və İngilis dili (Rus dili arzuolunandır)
 
	- Kompüter bilikləri: Ofis proqramları (MS Word, Excel, PowerPoint,Outlook) ilə sərbəst işləmək bacarığı.
 
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərin.