Aparıcı Hüquqşünas

İşin təsviri

Namizədə olan tələblər:

  • Ali təhsil (hüquq sahəsi üzrə bakalavr və ya magistr səviyyəsində);
  • Vəkillik dərəcəsinin olması;
  • Sahə üzrə ən azı 3 illik iş təcrübəsi;
  • Mülki, mülki-prosessual, əmək, həmçinin cinayət qanunverciliyini mükəmməl bilməli;
  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq (İngilis və Rus dillərini bilmək arzuolunandır) ;
  • MS Word və MS Excel proqramlarında yaxşı səviyyədə işləməyi bacarmalıdır;
  • Təşkilat və onun missiyasına yüksək sadiqlik;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində və tabeliyindəki əməkdaşlarla işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətlərinin olması.

Vəzifə öhdəlikləri:

  • Məhkəmələrdə, Prokurorluq orqanlarında, bu və ya digər dövlət orqanlarında müəssisəni təmsil etmək;
  • Müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
  • Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
  • Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
  • Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinin düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilməsi;
  • Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak edir;
  • Korporativ hüquq fəaliyyət ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyəti struktur bölmələrlə razılaşdırır;
  • Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirir və rəy verir;
  • Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını    həyata kecirir, onların  müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;
  • Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir;
  • Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxır, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər verir;
  • Birbaşa rəhbərin digər tapşırıqlarını icra edir.

İş şərtlərimiz:

  • Əmək haqqı:1500 AZN NET,
  • İş qrafiki : Tam iş günü 5 gün, 
  • İş saatları: 08:30-17:30.
  • İş yeri:Çinar Park (Ə.Rəcəbli)

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Aparıcı Hüquqşünas” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]