Video-maker

  • MOF Agency
  • Elanın qoyulma tarixi: 01.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan bilik və bacarıqlar:

  • Video çəkiliş və montaj bacarıqlarının olması;
  • Adobe Premiere Pro, Adobe After Effects, Adobe Photoshop, Adobe Illustrator tətbiqlərində işləmə bacarığı;
  • Kampaniyalar, sosial media paylaşımlarının və digər məzmunların hərəkətli vizuala salınması;
  • Sosial şəbəkələrdə aktivlik və trendlərin izlənməsi;
  • İnstagram/Facebook/Tik-Tok mühitində rahat işləmək bacarıqları;
  • Komanda daxili və müştərilərlə effektiv kommunikasiya bacarıqları;
  • İşinə qarşı məsuliyyət, punktuallıq və detallara diqqətlə yanaşma;
  • MS Office (Word, Excel, PowerPoint, Outlook) proqramları, eyni zamanda ofis avadanlığı işləmək bacarıqları;
  • Sosial Media Marketinqi sahəsində təcrübə və/və ya portfolio arzuolunandır.

Vəzifə öhdəlikləri:

  • MOF Agentliyinin və onun müştərilərinin vizual və rəqəmsal məzmununun yaradılmasında iştirak etmək;
  • Təqdim olunan çiy multi-media materialları əsasında video çəkilişləri həyata keçirmək;
  • Video materialların montaj prossesini həyata keçirmək;
  • Şirkətin kreativ sahədə işinin effektivliyini artırmaq məqsədi ilə təkliflər irəli sürmək;
  • Videoların hazırlanması üçün nəzərdə tutulan tətbiqlərdən istifadə etmək;
  • Trendləri izləmək və yenilikləri tətbiq etmək;
  • Daim öyrənməyə həvəs və öz sahəsində inkişafa maraq göstərmək;
  • Verilən tapşırıqlara məsuliyyətlə yanaşmaq;
  • İşi vaxtında və keyfiyyətli formada təhvil vermək.

Komandamızda qoşulduqda sizi nələr gözləyir:

  • Gənc, aktiv, super-pozitiv və daim inkişafa həvəsli komanda!
  • Marketinq (rəqəmsal və ənənəvi), eləcə də digər sahələri əhatə edən peşəkarlar tərəfindən mütəmadi həyata keçirilən təlimlər;
  • Bir çox qabaqcıl şirkətlərlə işləmə imkanı;
  • Əmək müqaviləsi ilə qeydiyyat;
  • Öncədən razılaşdırılmış sərbəst qrafik.

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Video-maker” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Email: [email protected]